12-01-2025, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
İranda gizlənən “Hüseyniyyun” qruplaşmasının rəhbərləri Tohid İbrahimbəyli və Orxan Məmmədovun saxlanıldığı bildirilir.
Sozcu.info xəbər verir ki, bu barədə İran hökumətinə bağlı “Azariha” saytı məlumat yayıb.
Bildirilib ki, onlar aprelin 23-ü İranın Qum şəhərində saxlanılıblar. Onların saxlanılma səbəbi açıqlanmayıb.
İranlı deputat Əhməd Naderi saxlanılma xəbərinin yayıldığı gün, aprelin 28-də Tvitter hesabında belə bir paylaşım edib:
"İllərdir Bakı Respublikası İsrailin anti-İran hərəkətləri üçün yerli alətinə çevrilib. Bu rejimin tədbirləri gücləndirdiyi günlərdə İranda bəzi Hüseyn liderlərinin həbsi yanlış və milli maraqlara zidd bir hərəkət, rejimə qarşı keçmiş passiv siyasətlərin davam etdirilməsidir, bunların dəyişdirilməsi və islah edilməsi lazımdır", - deputat yazıb.
İran mətbuatında deputatın bu tvitində məhz sözügedən şəxslərdən bəhs etdiyi yazılıb.
APA-nın məlumatına görə, Azərbaycan parlamentinin bu gün keçirilən plenar iclasında Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov onların saxlanılması xəbərinə münasibət bildirib:
"İran tərəfi Azərbaycan ərazisində “Kərimə dövləti”nin qurulması barədə çağırış edən iki azərbaycanlını ölkəmizə təhvil verməlidir".
C.Məmmədov deyib ki, islamın siyasiləşdirilməsi yönündə cəhdlərin də qarşısı qətiyyətlə alınmalıdır:
"Bu düşüncədə olan insanlar məscidlərdən də uzaqlaşdırılmalıdır".