Ölkə başçımızın Moskvada iclasda iştirak etməsi Azərbaycanın nə qədər iqtisadi gücə malik olduğunu,mühüm rola sahib olduğunu göstərdi

Ölkəmizin əldə etdiyi bütün uğurlar Cənab Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən daxili və xarici siyasətinin nəticəsidir. Məhz bu uğurlu siyasətin nəticəsi olaraq bu gün Azərbaycan  məqsədyönlü  daxili və xarici siyasət əsasında  iqtisadiyyatını davamlı  inkişaf etdirir və Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynamaqla  regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və əməli addımlar atır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, öz praktik  fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir, sabit əməkdaşlıq əlaqələrini davam etdirir. Ölkə başçımızın Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etməsi Azərbaycanın nə qədər iqtisadi gücə malik olduğunu, mühüm rola sahib olduğunu göstərir. Bu həm də ölkəmizin  təkcə regionda deyil, dünyada da önəmli yer tutduğunun göstəricisidir. Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 il ərzində uğurla inkişaf etdirmişdir  və  uğurlu əməkdaşlığın nəticəsi olaraq ötən ildə Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 4,7milyard dollar şkil etmişdir. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artmış və Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olmuşdur. Lakin regionun digər ölkəsi Ermənistan özünün davamlı işğalçılıq siyasəti nəticəsində genişmiqyaslı və iqtisadi ticari əlaqələrdən özünü təcrid etmişdir.
nab Prezident İlham Əliyev sülh və əməkdaşlığa nail olmaq üçün ölkəmizin regionla bağlı geosiyasi maraqları çərçivəsində diplomatik liderliyini davam etdirir. Bu baxımdan Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar yarandığından bu istiqamətdə genişmiqyaslı işlər görülür. Həmçinin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclasında bir daha etiraf olundu ki, Ermənistan rəsmi şəkildə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.
Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşməsi dövlətimizin nəqliyyat-logistika infrastrukturunu inkişaf etdirməyə vəbütün istiqamətlərdə yük daşımaları həyata keçirməyəimkan yaradır. Bu gün Azərbaycan Xəzər dənizində 50 gəmidən ibarət olmaqla ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanının yaxın vaxtlarda modernləşdirilməsi və yükdaşımaların həcminin 25 milyon tona çatması gözlənilir. Artıq bir neçə ildir ki, Bakı şəhərində bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərməkdədir. Bu gün Azərbaycan iki əsas ticarət marşrutu -Şimal-Cənub, Şərq-Qərb üzərindəki əlverişli mövqeyindən istifadə etməklə mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməkdədir.

Cənab Prezident İlham Əliyevin yeni iqtisadi strategiyasına uyğun olaraq Azərbaycanın gəmiqayırma imkanları Xəzərdəki qonşularımıza da təqdim olunmuşdur.Beləliklə bu gün Bakı gəmiqayırma zavodunda  dəniz qonşularımızın gəmi sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır. Bu da Xəzər dənizində Azərbaycanın aparıcı mövqeyini gücləndirməklə yanaşı, həmçinin ölkəmizin iqtisadi və sənaye potensialının gücləndirilməsində mühüm rol oynayır. Strateji əhəmiyyət daşıyan logistik layihələrdən olan Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir və buna görə də Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Bu gün Azərbaycan iki əsas ticarət marşrutu - Şimal-Cənub, Şərq-Qərb üzərindəki əlverişli mövqeyindən istifadə etməklə mühüm regional əhəmiyyətli logistika və ticarət qovşağına çevrilməkdədir. Həmçinin Azərbaycan ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək  bütün regionun sürətli inkişafına səbəb olacaq nəqliyyat, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünün müəllifidir.
Hal-hazırda Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilanda son iki ildə tikilmişdir. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük daşınması imkanına malikdir. Bütün bunlar onu göstərir ki,Azərbaycan tam iqtisadi müstəqilliyə nail olmuşdur. Bu da bizim uğurla həyata keçirdiyimiz müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artmış, yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enmişdir. Xarici borc ÜDM-in 9 faizindən aşağı səviyyəsindədir və hər il azalma tendensiyası müşahidə edilir. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyrixammal sektorunda formalaşır. 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında Nikol Paşinyan çıxışındakı Azərbaycan dövlətinin Ermənistana qarşı ərazi iddialarının olması ilə əlaqədar ittihamları ilə növbəti dəfə özünü gülünc vəziyyətdə qoymuşdur.
Ölkə başçımız çıxış edərək bildirmişdir ki, ”Dəhliz” ifadəsini ərazi iddialarının olması kimi təsəvvür etmək üçün güclü fantaziyaya malik olmaq lazımdır və eyni zamanda “Dəhliz” sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və beynəlxalq terminologiya ilə tanış olan insanlar ona bu gün Ermənistanın baş naziri kimi məna verməzlər.Azərbaycan heç bir dəhlizi bloklamayıb. Laçın-Xankəndi yolu açıqdır. Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub. Bu nəzarət-buraxılış məntəqəsi Rusiya sülhməramlı kontingentinin postundan 20 metr aralıda yerləşir. Bu gün həmin nəzarət-buraxılış məntəqəsindən erməni milliyyətindən olan Azərbaycan vətəndaşları və Xankəndi şəhərindən təcili yardım maşınları keçir. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rol oynamaqdadır. Buna görə də cənab İlham Əliyev Rusiya ilə münasibətlərə əhəmiyyət verir, hər iki ölkə arasında əməkdaşlığın, dostluğun daimi olmasında maraqlıdır.

Bu gün artıq bu münasibətlər müttəfiqlik səviyyəsindədir. Ulu Öndər Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Vladimiroviç Rusiya ilə Azərbaycan arasında münasibətlərin hazırkı səviyyəsinin əsasını qoymuşlar. Ehtiram və yüksək hörmət əlamətinin göstəricisidir ki, Ulu Öndər Heydər Əliyevin yubiley tədbirləri həm Moskvada, həm dövlət hakimiyyət təsisatlarında, həm də Rusiyanın regionlarında geniş şəkildə keçirilmişdir. 25 may tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə İlham Əliyevin görüşündə səsləndirilən fikirlər göstərir ki, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması işində Rusiya önəmli rola malikdir. Azərbaycan və Rusiyanın əməkdaşlığı beynəlxalq əməkdaşlığın ikitərəfli formatında, həm Müstəqil Dövlətlər Birliyinin, həm də digər beynəlxalq təşkilatların platformalarında uğurla inkişaf edir. Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bəyanatları, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə Azərbaycanın ərazi bütövlüyünün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaqdır. Dövlətimiz Böyük Qayıdışla Qarabağı yenidən quraraq özünün sülhsevər siyasətini və siyasi varlığını bir daha sübut etmiş olur. Azərbaycan sülhsevər, ədalətli ölkədir. Xalqımız inanır ki, ölkə başçısının rəhbərliyi ilə Zəngəzur dəhlizi bölgəyə sülh və əmin-amanlği bərqərar edəcəkdir.
Vüsalə Kazımova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}