“Bəyanat noyabrın 9-da səhər saatlarında imzalanıb” - Paşinyan

“Üçtərəfli bəyanat noyabrın 9-da səhər saatlarında imzalanıb. Amma məlum oldu ki, Azərbaycan bəyanata imza atmayıb, yeni şərtlər irəli sürüb”.
Sozcu.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 44 günlük müharibə ilə bağlı Ermənistan parlamentində yaradılmış komissiyanın iclasında deyib.
"Müzakirələr zamanı məlum oldu ki, Azərbaycan Tavuş vilayətinin anklavlarının qaytarılması ilə bağlı bəndin əlavə edilməsini təklif edib, mən bunun istisna edildiyini bildirdim. Axşam saatlarında hərbi əməliyyatların intensivliyinin artması ilə bağlı məlumatlar ortaya çıxdı. Bildirildi ki, Xankəndi səmasında çoxlu PUA var. Axşam səhər bəyanatından da pis, lakin müzakirə olunanlardan daha yaxşı olan, anklavların və Meğridən keçən dəhlizin qaytarılmasından bəhs edən məlum bəyanatı imzalamalı oldum”, - o bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti