Dünən, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Bu gün Yevlaxda qaz təchizatı dayandırılacaq.
Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, “Qaz İxrac” İdarəsinin sifarişi əsasında “Yeni Yevlax” ölçü qovşağının giriş hissəsində və “Yevlax-1” Qaz Paylayıcı Stansiyada şam xətti üzərində olan nasaz kranın dəyişdirilməsi ilə bağlı sentyabrın 19-da saat 09:00-dan işlər başa çatanadək “Yeni Yevlax” və “Yevlax 1-ci xətt” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Yevlax şəhəri daxil olmaqla rayonunun bir hissəsinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.