Suraxanı rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub -Foto

Suraxanı rayonunda 1 Oktyabr – prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü qeyd olunub.


İlk öncə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Rayon prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Mühafizə İdarəsinin rəisi Arif Məmmədov, eləcə də rayon Prokurorluğunun əməkdaşları, RİHB-nin müavinləri və şöbə müdirləri ümummilli lider Heydər Əliyevin Suraxanı rayonunda adını daşıyan parkda ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.


Sozcu.info xəbər verir ki, Suraxanı Rayon Prokurorluğunun inzibati binasında baş tutan tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 


Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov rayonun prokurorluq işçilərini Azərbaycan Prokurorluğunun yaranmasının 105-cü ildönümü münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb. O, bildirib ki, bu il prokurorluq işçiləri bu günü əlamətdar bir dövrdə-Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev İli”ndə qeyd edirlər. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Prezident cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşayiət olunan müdrik və səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaradıb.


Tədbirdə Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Mühafizə İdarəsinin rəisi Arif Məmmədov Rayon Prokurorluğunun əməkdaşlarını təbrik edərək dövlətimizin tərəqqisi naminə onların gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulamış və bildirmişlər ki, prokurorluq işçiləri qanunun aliliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.

Suraxanı rayon prokuroru, baş ədliyyə müşaviri Rəşid Mahmudov respublika prokurorluq orqanlarının cəmiyyətimizdəki rolu, bu orqanın tarixi keçmişi və müstəqillik illərində gördüyü işlər barədə tədbir iştirakçıları qarşısında məruzə edib. O, çıxışında dövlət başçısı cənab İlham Əliyev tərəfindən prokurorluq işçilərinə göstərilən qayğını minnətdarlıqla qeyd edib, bu yüksək diqqətin dövlətçiliyə xidmətdə onlar üçün güclü stimul olduğunu xüsusi vurğulayıb. Bildirilib ki, Suraxanı rayon prokurorluğunun işçiləri rayonda qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında, əhali arasında hüquqi təbliğatın aparmasında mütəmadi tədbirlər həyata keçirirlər.

Tədbirin sonunda Rayon Prokurorluğunun bir qrup əməkdaşı Rayon İcra Hakimiyyəti başçısının Fəxri fərmanları ilə təltif olunub.

Sozcu.info





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}