Dünən, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
“Açıq mikrofon” aksiyasının Naftalan şəhərində keçirilən növbəti sayında ümumilikdə 5 nəfər mikrofon önünə çıxıb. Buna baxmayaraq cəmi 2 müraciət qaz təchizatında yaranmış problemlə bağlı olub.
Bu barədə Sozcu.info-ya "Azəriqaz" İB-dən məlumat verilib.
Belə ki, Vaqif Hüseynovla Xəyal İsmayılov ünvanlarına quraşdırılan qaz sayğacı ilə bağlı problemlərini səsləndiriblər. Birinci şəxs sağyacdakı nasazlıqdan şikayətləndiyi halda, digəri qaz sayğacının yerinin dəyişdirilməsini istəyib. Qalan 3 sakin isə problemlərinin vaxtında aradan qaldırılması baxımından operativ fəaliyyətə görə ölkə başçısı və SOCAR rəhbərliyinə minnətdarlığını bildirib. Aksiya bitdikdən sonra növbəti “Səyyar qəbul otağı”nın ünvanı bir daha diqqətə çatdırılıb.