8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakının Səbail rayonu ərazisində söküntü işləri genişləndiriləcək. Bayıl qəsəbəsi və "20-ci sahə" yaşayış massivində plana düşən tikililər köçürüləcək. Artıq Arif İsmayılov, Salyan Döngəsi II, Yüzbaşı Mürsəlov, İbrahim Məmmədov, Lütfin Babayev, Şahlar Allahverdiyev, Aydın Məmmədov və digər küçələrin sökülməsinə hazırlıq gedir. Bayıl və 20-ci Sahə arasındakı massivlər plandadır. Uzun müddətdir ki, Dövlət Neft Şirkətinin balansında olan bu ərazilərdə tikilən evlərin söküləcəyi müzakirə olunurdu. Ancaq layihənin icrasına başlanmırdı. Məlumata görə, Bayılın abadlaşdırılması, iri layihələrin həyata keçirilməsi, Milli Parkın sözügedən istiqamətə genişləndirilməsi plandakı tikililərin söküntüsünü də aktuallaşdırıb.Məsələ ilə bağlı danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans.az-a bildirib ki, həmin ərazi sürüşmə zonasında olduğu üçün köçürülüb yenidən qurulması vacibdir:“Səbail rayonunun 20-ci sahə adlanan ərazisi həm şəhərin giriş hissəsidir, həm də həmin ərazilər nisbətən sürüşmə zonasındadır. Təqribən 30-40 il bundan əvvələ qədər həmin ərazilərdə daha çox şam ağacları əkilmişdi ki, şam ağacları da təbii ki sürüşmənin qarşısını alır. Eyni zamanda həmin əraziyə yaxın yerlərdə mütamadi olaraq sürüşmələrin baş verməsini müşahidə edirik. O baxımdan bu ərazinin köçürülməsi həm şəhərin xarici estetik gözəlliyinə bir gözəllik qata bilər”.Ekspert bildirib ki, vərəndaşların həmin ərazidəki əmlaklarının böyük əksəriyyətinin çıxarışı yoxdur və çıxarış olmadığına görə o ərazilərdəki əmlakların satış dəyəri elə də baha qiymətə dəyərləndirilmir. Onun sözlərinə görə, vətəndaşlara ödənilən kompensasiya daha yaxşı mənzil alamağa kifayət edir: “Buna görə də o ərazilərin sökülərək parka və yaxud hansısa bir yaşayış məntəqəsinə çevrilməsi həm o ərazidə yaşayan vətəndaşlar üçün daha yaxşı olar. Başqa bir tərəfdən artıq yeni parkların salınması və yaxud hər hansı inzibati binların tikilməsi elə bir formada aparılacaq ki, o ərazilərdə gələcəkdə sürüşmə baş verərsə, artıq heç bir fəsad verməsin”.