Sürücülərin NƏZƏRİNƏ! 4 noyabr saat 01:00-dan...

Ziya Bünyadov prospektinin Xəlil Rza Ulutürk küçəsi ilə kəsişməsində inşa olunan yeni yerüstü piyada keçidinin yürüyüş zolağının quraşdırılması ilə əlaqədar olaraq 4 noyabr saat 01:00-dan 07:00-dək işlərin aparıldığı zolaq üzrə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. 

Bu barədə Sozcu.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları  və qeyd olunan qısa müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”, - rəsmi məlumatda qeyd edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}