Bakıda 10 min, 20 min, 30 min, hətta 50 min manata qəbir yerləri var


“Bakı şəhərində qəbiristanlıq məsələsi çox ciddi problemdir. Verilən dəfn puluna qəbiristanlıqda 10 santimetr yer almaq mümkün deyil. Dəfn pulu artırılmalı və tələb olunan sənədlərin sayı azaldılmalıdır”. 

Bu fikirləri Milli Məclisin iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat Razi Nurullayev Bizim.Media-ya açıqlamasında həmkarının fikrinə münasibət bildirib.

O qeyd edib ki, bu məsələ ilə bağlı ilk dəfə ötən il parlamentdə çıxış edib: 

“Dəfn pulunun az olmasını bir kənara qoyaq, bu pulun özü belə hər kəsə verilmir. İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinətin verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmayıb.

Kənd yerlərində qəbiristanlıqlarda yer tapıb dəfn etmək olur. Ancaq şəhərlərdə, xüsusilə, Bakıda qəbir yeri almaq üçün pul axtarışına çıxırlar. 

Qəbir yeri almaq üçün kifayət qədər məbləğ tələb olunur. 10 min, 20 min, 30 min, hətta 50 min manata belə qəbir yerləri var. Bu, insanlar üçün böyük problemdir. Buna görə də qəbir yerlərinin pul ilə satılması doğru yanaşma deyil”. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}