Şagirdin çəkdiyi videoya İcra Hakimiyyətindən "başlayırıq" CAVABI


Xəbər verdiyimiz kimi Qaradağ rayonu, Korgöz qəsəbəsində yağan yağışdan sonra yollar yararsız vəziyyətə düşüb.

Məktəbli tərəfindən lentə alınan görüntülərdə təhsil olcağının önündə palçıq çalalar yarandığı, yaxınlıqdakı evlərin həyətləri su ilə dolduğu öz əksini tapıb.

Məktəblilər də dərsə gedən saman ayaqlarının su, geyimlərinin palçıq olduğundan gileylənmişdi.

Sözügedən problemin həll olunub-olunmaması isə sual altında idi.

Mövzu ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyətindən Ölkə.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ərazidə asfatlanma mərhələli şəkildə aparılacaq:

“Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Qaradağ rayonunun qəsəbələri üzrə asfaltlanmasına ehtiyac olan küçələrin adlı siyahsı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyə təqdim edilib. Həmin siyahıda Korgöz qəsəbəsinində asfaltlanmasına ehtiyac olan küçələrin adları, həmçinin məktəbə gedən yollarda qeyd edilib. AAYDA tərəfindən qəsəbələrdə təmirə ehtiyacı olan yolların asfaltlanması işlərinə mərhələli şəkildə başlanacaq”.

Bununla belə icra qurumu asfaltlama işlərinin nə zaman ediləcəyi ilə bağlı tarix açıqlamayıb.





Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}