Bu gün, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
"Azərbaycan Hava Yolları" QSC (AZAL) martın 19-dan Bakıdan İsrailin paytaxtı Təl-Əvivə və əks istiqamətdə olan uçuşları bərpa edəcək.
Sozcu.info bu barədə AZAL-a istinadən xəbər verir.
Məlumata görə, İlkin mərhələdə aviadaşıyıcı həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və bazar günləri reyslər həyata keçirəcək. Apreldən isə uçuşlar həftədə 9 dəfə olacaq.
Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.