Taksilərlə bağlı qərardan sonra "Prius"lar UCUZLAŞACAQ? - QİYMƏTLƏR/FOTO


Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi fəaliyyəti göstərən minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə olunmayacaq. 

Bu barədə Nazirlər Kabineti qərar imalayıb. 

Yeni qaydalar iyulun 1-dən tətbiq olunmağa başlayacaq. Belə ki, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcək. 

Məlum qərar ölkədə taksi fəaliyyətində istifadə edilən "Toyota Prius" markalı avtomobillərin gələcək taleyini gündəmə gətirib. Bu model maşınların kütləvi şəkildə ölkəyə gətirildiyini nəzərə alsaq məlum qərarın avtomobil bazarına təsiri istisna deyil.

Hazırda "Toroya Prius" markalı avtomobillərin qiyməti ili və vəziyyətinə görə dəyişir. 2007-2012-ci illərin istehsalı olan "Prius"lar 13 min - 22 min manat arasnda satılır. 

Bəs, "Prius"ların gələcək aqibəti necə olacaq? Qiymətlərində hansı dəyişiklik gözlənilir? Ümumiyyətlə avtomobil bazarı bu qərardan necə təsirlənəcək?

Bu suallara cavab tapmaq üçün nəqliyyat eksperti Eldəniz Cəfərova müraciət etdik. Ekspert BAKU.WS-ə bildirdi ki, gələn aydan avtomobil bazarında bahalaşma gözlənilir: 

“Bu qərarın avtomobil bazarına təsir edəcəyindən danışmaq hələ tezdir. Bu qərardan asılı olmayaraq aprel ayından avtomobil qiymətlərinin 3 faiz bahalaşacağı gözlənilir. Bu artım iri avtomobil sənayeçiləri ilə bağlıdır. Daşınma qiymətləri və ehtiyat hissələrinin bahalaşması burada öz təsirini göstərir.

Məlum qərar hazırda avtomobil bazarına təsir etməyəcək. Gələcək günlərdə “Toyota Prius” markalı avtomobillərin qiymətinin dəyişəcəyi də o qədər real görünmür.

Azərbaycana idxal olunan avtomobillərlə bağlı Nazirlər Kabinetinin qərarı var. Keçən ildən tətbiq olunan qaydaya əsasən, yaşı 10 ildən yuxarı olan avtomobillərin idxalı məhdudlaşdırılıb.

Təkcə “Prius”lar deyil, yaşı 15-dən yuxarı olan digər markalı avtomobillər də taksi bazarını tərk etmək məcburiyyətində qalacaqlar. Gələcəkdə taksi fəaliyyətində yaşı 8-dən yiuxarı avtomobillərdə istismar olunmayacaq.

Fikrimcə, taksilərlə bağlı avtomobil bazarında qiymət dəyişikliyinə təsir edəcək minimal şərtlərdir. Bazara təsir edən və qiymətlərin dəyişməsinə səbəb olan amillər başqadır.

Bunu da nəzərə almaq lazımdır ki, “Prius”lar onsuz da bizim ölkədə populyar deyil. Əvvəl bu maşınların ölkəyə gətirilməsi ucuz başa gəldiyindən gündəmdə idi. Amma keçən ildən qoyulan məhdudiyyət vəziyyəti dəyişdi. Hətta bu məhdudiyyət də “Prius”ların qiymətinə kəskin təsir etməyib”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}