Bakı sakinlərinə XƏBƏRDARLIQ: Aprelin 2-si 18:00-dan…


Paytaxt Bakıda geomaqnit qasırğası müşahidə olunacaq.

Geomaqnit qasırğası aprelin 2-si saat 18:00-dan etibarən başlayacaq və aprelin 5-i 15:00-a qədər davam edəcək.

Qeyd edək ki, geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər. Belə günlərdə başağrısı, başgicəllənmə, ürəkbulanma, əzələ və oynaqlarda ağrı, yuxusuzluq halları baş verə bilər. Adətən dərman qəbul edən hipertoniya və insult xəstələri, asmatik problemi, ürək və yaxud hər hansı bir xroniki, iltihabi, yoluxucu xəstəliyi olanlar, nəfəsalmada problemlə üzləşənlər maqnit qasırğası zamanı təzyiqin oynaması, aşağı enməsi və yuxarı qalxması nəticəsində özlərini narahat hiss edə bilərlər. Mütəxəssislər belə şəxslərə çölə çıxmamağı məsləhət görür. (viral.az)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}