Şirvan su kanalının açılışı gələcəkdə təsərrüfatımıza müsbət təsir göstərəcək

Yuxarı Şirvan kanalı 1958-ci ildə inşa edilmişdir və uzun illərdir fəaliyyət göstərir. Ölkəmizdə yeni-yeni infrastruktur layihələr həyata keçirilir. Onlardan biri də Şirvan suvarma kanalının yenidən qurulmasıdır. Şirvan kanalı suyun həcminə və əkin sahələrinin əhatəsinə görə ən böyük layihədir. Kanal 10 rayonun su problemini həll edəcək.
Şirvan və Qarabağ kanalları Taxtakörpü kanalı ilə birlikdə ən böyük suvarma kanalları olduğu üçün bu layihələrə xüsusi əhəmiyyət verilir.
Vaxtilə Ermənistan təkcə bizim torpaqlarımızı deyil, su resurslarımızı da işğal etmişdir. Müharibədə qələbəmiz nəticəsində biz öz su mənbələrimizə tam sahib olduq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ümumi su resurslarımızın 25%-ni təşkil edir.Bunların da müsbət cəhəti odur ki, daxil mənbələr hesabına formalaşır.
Erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona artıq su verilir. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının, Füzulidə Köndələnçay su anbarlarının açılışı olmuşdur. Suqovuşan su anbarı yenidən qurulub. Həkəriçay,Bərgüşadçay su anbarlarının və yeni əkin sahələrinin həcmi 100000 hektara yaxın olacaq. Bu kanalların yenidən bərpasının çox böyük əhəmiyyəti var. Ölkəmizdə orta məhsularlıq hər hektarda 3 tondan bir qədər çoxdur. Su olanda, yeni texnologiyalar tətbiq ediləndə, dövlətin dəstəyi və s. bütün bu amillər birləşəndə istənilən nəticəni əldə etmək mümkün olur.İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur torpaqlarında indi quruculuq işləri ilə bərabər, həm də kənd təsərrüfatı inkişaf etdirilir. Xəzərin suyunun duzsuzlaşdırılması layihəsi də önəmlidir,belə ki, Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək.
Azərbaycan dövləti güclü dövlətdir. Biz Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlər görürük. Cəmi 3 il ərzində görülmüş işlər dövlətimizin göstəricisidir.

Nüşabə Abbasova

Suraxanı rayonu, 285 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}