QHT “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” mövzusunda növbəti tədbirini keçirib

Yazıçılar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İB tərəfindən icra olunan “Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” adlı layihənin tədbirlər silsiləsindən növbəti dəyirmi masa keçirilib.
Diskussiya və polemika üslubunda təşkil olunan tədbiri “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı açaraq  layihə çərçivəsində yeni mərhələdə görülən işlər barədə məlumat vermişdir. Bildirilib ki, müasir dövrdə Türk dünyası ölkələrində yaranan bədii əsərlər arasında qəhrəmanlıq motivli mətnlər, kitablar əhəmiyyətli dərəcədə artmışdır. Xüsusilə də Türk Dövlətləri Təşkilatı yarandıqdan və Azərbaycanın Qarabağı erməni işğalından azad etməsindən sonra qardaş ölkələrin yazarları öz yaradıcılıqlarında qəhrəmanlıq mövzusuna daha geniş yer ayırmış, bir sıra maraqlı əsərlər yazmışlar. Bu gün həmin əsərlərin təbliğinə və kitab halında ictimaiyyətə çatdırılmasına ehtiyac vardır ki, bu  da türk xalqları arasındakı qardaşlıq bağlarının dərindən öyrənilməsinə, mökəmlənməsinə yönəlik bir addımdır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin milli-mənəvi dəyərlərimizin və maddi-mədəni irsimizin, milli maraqlarımızın qorunmasına istiqamətlənmiş belə layihələrə dəstək verməsi təqdirəlayiq haldır.
birin aparıcısı, tədqiqatçı-alim, BDU-nun  kafedra müdiri, şair-publisist Knyaz Aslan “Türk Dünyası İnfo” İB-nin qardaş türk ölkələrinin ədəbi-mədəni əlaqələrinin inkişafında, yazarlar arasında ortaq dəyərlər, fikir, düşüncə mübadiləsində, mədəni sferadakı həmrəylik, birlik təşəbbüslərindən bəhs edən layihənindayanıqlılıq amillərini, problemin aktallığını və təsirliliyinidiqqətə çatdırmışdır.
Qeyd olunmub ki, layihənin işçi heyəti kitabxana, media və digər intermet resurslarında aparılan çalışmalarda əldə olunan, habelə Birliyin əməkdaşlıq etdiyi uyğun elmi, ictimai qurumların və yazarların fərdi şəkildə təqdim etdiyi əsərləritoplamışdır. Nəticə etibarilə Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, habelə Güney və Qərbi Azərbaycandan, Rusiyadan və Gürcüstandan olan 80-dək müəllifin 300-dək poeziya materialları üzərində araşdırma işi aparılıb, keçirilən tədbirlər vasitəsilə müzakirələrə və təbliğata cəlb edilib.
Tədbirdə alim-yazarlardan Gülxani Pənah, Rasim Süleymanov, Nailə Mehrəliyeva, Salatın Əhmədli, BDU-nun doktorantı, Afaq Məmmədova, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, AYB-nin poeziya sektorunun müdiri, şair İbrahim İlyaslı, şairlərdən Gəray Göyyurd, Paşa Babakərli, Zərəngiz Dəmirçiqayalı, İbrahim Yusifoğlu, Cabir Albantürk və digərləri layihənin ideyasına, gələcək fəaliyyətinə,məqsədlərinə dəstəkçi təkliflərlə çıxış etmişlər. Layihənin icrasında könüllü iştirak edən BDUnun tələbələrindən Umcahan Əliyeva, Zeynəb Əzimzadə və Günay Həsənova qəhrəmanlıq əsərlərindən nümunələr səsləndiriblər. Sonda müəlliflərə və layihənin heyət üzvlərinə diplomlar verilib.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti