10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən xəbər verildiyi kimi, ölkə ərazisində sabit, isti hava şəraiti müşahidə olunur.
Sozcu.info xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, sabah havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35-39°, Naxçıvan MR-da və Aran rayonlarında 35-38° isti, bəzi yerlərdə 40° isti, dağlıq rayonlarda 25-30° isti olacağı gözlənilir:
“İsti hava şəraitinin Bakıda və Abşeron yarımadasında avqustun 23-ü, Naxçıvan MR və Aran rayonlarında isə avqustun 23-24-dək davam edəcəyi gözlənilir”.