5-06-2025, 14:14
23-05-2025, 18:15
17-05-2025, 18:52
7-05-2025, 17:45
28-04-2025, 21:13
Bazar ertəsi, sentyabrın 16-da səhər Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq.Bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets "Telegram" kanalında məlumat verib.Onun sözlərinə görə, Bakı vaxtı ilə saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq:"Günortadan 19:00-a kimi biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik".Tişkovets əlavə edib ki, axşam saatlarında qasırğa səngiyib, mülayimləşəcək, o, sentyabrın 17-si Bakı vaxtı ilə saat 13:00-a qədər davam edəcək./Publika.az