Beyləqan rayonunda ağacəkmə aksiyası keçirilmişdir. -Fotolar


27 sentyabr - Anım Günü münasibəti ilə Beyləqan rayonunda ağacəkmə aksiyası keçirilmişdir.
26.09.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilmişdir.

Sozcu.info xəbər verir ki, Beyləqan-Daşburun magistral yolunun sağ və sol hissələrində baş tutan aksiyada  Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Beyləqan rayon prokuroru Ramazan Hadıyev, Beyləqan rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, Rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin rəisi Bəxtiyar Hümbətov, RİH başçısı aparatının nümayəndələri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, rayonun fəal gəncləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Aksiya zamanı Vətən Müharibəsi şəhidlərinin xatirəsinə 100 ədəd eldar şamı ağacı əkilmiş, ağaclara aqrotexniki qulluq göstərilmişdir.

Qeyd edək ki, Anım Gününə həsr olunmuş ağacəkmə aksiyasının məqsədi, həmçinin ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına kömək etmək və təbiətə töhfə verməkdir.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti