2 yaşlı qızın ölüm səbəbi bilindi


"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC sədrinin köməkçisi, Xüsusi layihələr departamentinin rəhbəri Həmid Əsədzadənin 2 yaşlı qızının uşaq bağçasında ölməsi ilə bağlı araşdırma aparılır.

Sozcu.info xəbər verir ki, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğu müvafiq ekspertizalar təyin edib.

Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçiriblər.

Oxu.az-ın məlumatına görə, uşağın həyatını itirməsinə səbəb ürəyində yaranan problem olub.

Hadisə Səbail rayonu İzzət Nəbiyev küçəsində yerləşən "Candy kids" adlı özəl uşaq bağçasında qeydə alınıb.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ötən gün saat 18:00 radələrində özəl tibb müəssisəsinin qəbul şöbəsindən çağırış daxil olub.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfində 2 yaşlı (qadın cinsli) şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb.



Oxşar Xəbərlər

Xəbər lenti