10-04-2026, 16:52
9-04-2026, 17:32
28-03-2026, 23:18
17-03-2026, 15:20
12-03-2026, 11:28
Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən Sozcu.info-ya verilən məlumata görə, səhər bəzi yerlərdə az çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° isti olacaq.