15-02-2025, 09:38
11-02-2025, 11:22
6-02-2025, 11:51
27-01-2025, 14:21
12-01-2025, 15:28
Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Sozcu.info xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilir.
Qeyd edək ki, 2025-ci il üçün iş vaxtı normasına əsasən, 8 Mart - Qadınlar Günü; 20, 21, 22, 23, 24 mart - Novruz bayramı və 30, 31 mart - Ramazan bayramı iş günləri hesab edilmir.
Martın 8-i şənbə, 30-u isə bazar gününə (qeyri-iş günlərinə) təsadüf etdiyindən müvafiq olaraq, martın 10-u və aprelin 1-i qeyri-iş günü sayılacaqdı. Ancaq yeni qərarla martın 10-u və aprelin 1-i iş günü hesab ediləcək.