13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Qazax rayonunun müvəqqəti işğal altında olan Yuxarı Əskipara kənd sakini Məhərrəmova Bənövşə Yusif qızı tərəfindən redaksiyamıza bir məktub daxil olmuşdur. Məktubu həyəcansız oxumaq mümkün deyildir. Nədir bu ananın fəryadı? Kimdən, nədən bu qədər narazılıqlar edir? Aydın olur ki, Bənövşə xanımın oğlu Abbasəli Məhərrəmov Bədən Tətbiyyəsi Akademiyasını qurtardıqdan sonra könüllü olaraq 1994-cü ildə Qarabağın müdafiəsinə gedib və Ağdərə uğrunda gedən döyüşlərdə xüsusi qəhramanlıq və fədakarlıq göstərib. Ağır döyüşlərin birində Şəhid olmuşdur. Yeri gəlmişkən bildiririk ki, Abbasəli Məhərrəmov adlı-sanlı idmançı olub. İranda, Türkiyədə və beynəlxalq yarışlarda Respublikamızın şərəfini qoruyub. Şəhid anası Bənövşə xanım uzun illərdir ki, Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Sosial Xidmətlər Agentliyinə gedib-gəlməkdən və digər əlaqədar təşkilatlara müraciət etməkdən bezib. Şəhid anası yazır ki, 1994-cü ildən bu günə qədər onun ailəsi dövlət tərəfindən heç bir diqqət və qayğı görməmişdir. Sosial Xidmətlər Agentliyinə dəfələrlə müraciət etmişdir ki, Qazax şəhərində ona mənzil tiksin. Hətta ana öz xərci ilə boş torpaq sahəsi almışdır. Lakin Agentlik hər dəfə quru vədlər verməklə özünü sudan quru çıxarır. Bənövşə xanım agentliyin 012-525-41-30 nömrəli telefonlarına zəng vursada heç kəs götürməmiş, cavab verməmişdir.
Bax budur Nazirliyin Şəhid anasına biganəliyi və hörmətsizliyi.
Sozcu.info