Dünən, 11:11
Dünən, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
18 dekabr 2025-ci il tarixdə Beyləqan Rayon İcra Hakimiyyəti və Şərqi Zəngəzur Gömrük İdarəsinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə” mövzusunda Beyləqan rayon Tarix-Diyarşünaslıq Muzeyində maarifləndirici tədbir keçirilib.
Sozcu.info xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Şərqi Zəngəzur Gömrük İdarəsinin rəisi Tofiq Bayramov və kollektivi, DTX-nın Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, idarə, müəssisə və təşkilat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və sistemli tədbirlərdən danışıb. Qeyd olunub ki, şəffaflığın təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması və qanunvericiliyin tələblərinə ciddi əməl olunması korrupsiyaya qarşı mübarizədə əsas amillərdir.
Daha sonra Şərqi Zəngəzur Gömrük İdarəsinin rəisi Tofiq Bayramov çıxış edərək gömrük orqanlarında korrupsiyaya qarşı mübarizə istiqamətində görülən işlər, tətbiq olunan nəzarət mexanizmləri və bu sahədə maarifləndirmənin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Tədbirdə həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov və digər rəsmilər çıxış edərək korrupsiyaya qarşı mübarizədə hüquq-mühafizə orqanlarının rolu, bu sahədə qanunvericiliyin tələbləri və məsuliyyət məsələləri barədə iştirakçıları məlumatlandırıb. Eləcə də, ictimai və mədəniyyət sahəsi üzrə nümayəndələr, korrupsiyaya qarşı mübarizədə ictimai məsuliyyətin artırılmasının vacibliyini qeyd ediblər.
Sozcu.info