23-12-2025, 18:26
18-12-2025, 11:11
18-12-2025, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
Azərbaycanda 2026-cı il üzrə kişilərin və qadınların pensiya yaşı məlum olub.
Sozcu.info metbuat.az-a istinadla bildirir ki, hazırda qadınların pensiya yaşı 64 il 6 ay, kişilərin isə 65 yaşdır.
Gələn ilin iyulun 1-dən isə Azərbaycanda qadınların pensiya yaşı 65 olacaq. Kişilərin pensiya yaşı dəyişməyəcək.
Xatırladaq ki, "Əmək pensiyaları haqqında" qanununa görə, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.