"Türkan məndən yaxşıca istifadə etdi, şəxsi nömrəsini də BİLMİRƏM"


Meyxanaçı Pərviz Bülbülə qonaq olduğu "Günə uğurla" və "Rəngarəng" verilişlərində duet ortağı Türkan Vəlizadə ilə bağlı gündəm yaradan açıqlamalar verib.

Sənətçi bildirib ki, onun Türkanla oxumasına heç kim qadağa qoymayıb: "Mən Türkanla yalnız səhnəni bölüşürəm, dərdimizi bölüşmürük. Onun şəxsi həyatında kim tərəfindən qadağa varsa, bunu deyə bilmərəm".

Pərviz Bülbülə əlavə edib ki, Türkan Vəlizadənin şəxsi nömrəsi onda yoxdur: "Türkanın heç bir şəxsi nömrəsi məndə yoxdur. İşlə bağlı danışanda köməkçisi ilə əlaqə saxlayıram. Onun nömrəsini bilən az sayda insanların siyahısında deyiləm".

Meyxanaçı daha sonra iddialı fikirlər səsləndirib: "Türkan məndən yaxşıca istifadə etdi. Mən həmişə demişəm ki, işi görəndə özüm üçün edirəm. Bu işdə qarşı tərəf, yəni Türkan, məndən yaxşıca yararlandı".

Pərviz Bülbülənin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub./Milli.Az



Oxşar Xəbərlər

Xəbər lenti