26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu barədə Sozcu.info-ya "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində 6 kV-luq hava xətlərində təmir-təftiş işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-dan 17:00-dək "Embawood" zavodu və Binəqədi kəndi İsfahani küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir-təftiş işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.