Ödənişli atalıq məzuniyyətinin verilmə qaydası AÇIQLANDI – RƏSMİ


“Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də uşağın doğulması ilə əlaqədar atalara ödənişli atalıq məzuniyyəti hüququnun təsbit edilməsidir. Bildiyiniz kimi bu anlayış Əmək Məcəlləsində mövcud idi, sadəcə olaraq ödənişli deyildi”.

Sozcu.info xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, yeni tənzimləməyə əsasən, uşağın doğulması ilə bağlı tibb müəssisəsinin arayışı təqdim edildiyi halda, atalara doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.



Oxşar Xəbərlər

Xəbər lenti