Dünən, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizov paytaxtda keçirilən 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş iclasında bildirib.
O deyib ki, Bakıya kapital qoyuluşlarının həcmi 12 mlrd. manat təşkil edib. Onun sözlərinə görə, son 5 il ərzində Azərbaycan paytaxtında ticarət dövriyyəsi iki dəfə artaraq, təxminən, 20 mlrd. manat təşkil edib: "İnfrastrukturun inkişafı turistlərin sayının sürətlə artmasına gətirib çıxarıb. Belə ki, 9 ay ərzində Bakıya, təqribən, 1,5 mln. turist səfər edib. İlin sonuna ötən illə müqayisədə 20%-lik artım gözlənilir”.
E.Əzizovun sözlərinə görə, Rusiya vətəndaşları gələn turistlərin təqribən 30%-ni təşkil edirlər.
O həmçinin vurğulayıb ki, Bakı Rusiya regionları ilə əməkdaşlığı genişləndirməyi hədəf seçib/Report.