8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"APA-Economics" adıçəkilən dövlət müəssisənin balans hesabatına istinadən xəbər verir ki, aktivlərin həcmi 2015-ci illə müqayisədə 17,07% artıb. Aktivlərin 1 mlrd. 633,181 mln. manatı uzunmüddətli, 740,839 mln. manatı qısamüddətlidir. "Azərişıq" ASC-nin qısamüddətli debitor borcları 678,077 mln. manat təşkil edir. Maraqlıdır ki, dövlət müəssisinin şübhəli borclar üzrə 44,658 mln. manat məbləğində ehtiyatları var. Hesabat dövründə "Azərişıq" ASC-nin öhdəlikləri 51,28% artaraq 996 mln. 301,603 min manata çatıb. Öhdəliklərin 815 mln. 370,545 min manatı uzunmüddətli, 180 mln. 931,059 min manatı isə qısamüddətlidir. Öhdəliklərin strukturuna nəzər saldıqda məlum olur ki, ASC-nin 49 mln. 345,849 min manatlıq təxirə salınmış vergi öhdəliyi, 55 mln. 832,061 min manat məbləğində isə uzunmüddətli faiz xərci yaradan öhdəlikləri var. Qısamüddətli faiz xərci yaradan öhdəliklərin məbləği isə 15 mln. 645,701 min manatdır. Dövlət müəssisəsinin Dövlət Sosial Müdafiə Fondunun qarşısındakı öhdəliklərin məbləği 1 mln. 570,206 min manat təşkil edir. Qısamüddətli kreditor və sair borcların məbləği 112 mln. 981,568 min manata çatıb.
Ötən ilin sonuna ASC-nin nizamnamə kapitalı 885 mln. 633,532 min manata enib. İlin əvvəlinə bu rəqəm 1 mlrd. 319 mln. 207,827 min manat olub.
2016-cı ilin sonuna "Azərişıq" ASC-nin ümumi mənfəəti 76 mln. 831 min 619,72 manat təşkil edib. Belə ki, dövlət müəssisəsi satışdan 756 mln. 784 min 979,47 manat əldə etdiyi halda, satılmış məhsulun maya dəyərindən 679 mln. 953 min 359,75 manat zərərlə üzləşib.
Dövlət müəssisənin əməliyyat gəliri 19,306 mln. manat təşkil edib.
"Azərişıq" ASC 2016-cı ili 31 mln. 286 min 554,94 manat məbləğində zərərlə başa vurub. Qeyd edək ki, 2015-ci ilin sonuna müəssisənin zərəri 25 mln. 636 min 439,15 manat idi.