Gürcüstan “yalnız ermənilər ücündür”-Marqarita Simonyan rusiyalıları Gürcüstana getməməyə çağırır

 

 

 

 

 

 Qonşu Gürcüstanın paytaxtı Tbilisidə baş vermiş son hadisələr, erməni lobbisi tərəfindən tamamilə gürcü xalqının əleyhinə istifadə edilir . Rusiyanın ermənipərəst KİV-lər bir-birinin ardınca gürcülərin əleyhinə materiallar verir. Sosial şəbəkələrdə erməni divləribirbaşa Gürcüstana qarşı nifrətlə çıxış edirlər. Lakin 2008-ci ilə müqayisədə bu dəfə daha az rusiyalı gürcü əleyhinə təbliğatda iştirak edir. Bu isə erməni lobbisini çox hirsləndirir. Çünki, onların planına,  Rusiyanın köməyi ilə Gürcüstanın Samtsxe – Cavaxetiya bölkəsini ələ keçirmək, imkan daxilində isə "dənizə dəhlizi acmaq" üçün rusların əli ilə Gürcüstanı məhv etmək və parçalamaq daxildir. Erməni millətçiləri neçə ildir ki, rusları gürcülərə nifrət etməyə məcbur etməyə çalışsalar da, rus xalqının nümayəndəsi bir dəfə Gürcüstanda oduqdan, sonra "ermənilərin bütün işləri boşa çıxır". Erməni təxribatçıları nə qədər çalışsalarda, adi ruslar gürcüləri özünə qarşı düşmən görmək istəmirlər.  Nəticədə, rusların Gürcüstandan "qorxmasına" ən yüksək rütbəli erməni təbliğatçıları start verib. Elə onlardan biri, Rusiyanın "Russia Today" dövlət telekanalının baş redaktoru Marqarita Simonyan rusiyalıları "Rusya, özünə hörmət et!" şüarı altında Gürcüstana getməməyə çağırıb". O, "rus millətçisi" olmağa hazır olduğunu bildirsə də, onun obrazı, çətin ki, kimisə ruhlandırsın.  Erməni təbliğatçının belə bir addım atmasına səbəb isə,  gürcü müğənniləri Nino Katamadze və Anita Raçvelişvilinin Abxaziya və Sxinval regionunun necə ki işğalı, davam edir, Rusiyada çıxış etməkdən imtina etmələri barədə bəyanatları olmuşdur. Xatırladaq ki, aprelin sonlarında Marqarita Simonyan artıq özünü "rus vətənpərvəri" hesab edərək, Prezident Putinin Rusiya vətəndaşlığının Donbass sakinlərinə sadələşdirilmiş şəkildə paylanılması fərmanını, vəhşi islamofobiya və irqçiliyin təbliği kimi istifadə etmişdi. Ozaman Marqarita Simonyan guya Rusiyanın islamlaşması təhlükəsi barədə "narahatlıq keçirərək",  əksəriyyət əhalinin Həbib Nurməhəmədovu president  seçəcəyi, onun fikrincə, tamamilə yolverilməzdir.  Bununla yanaşı, Marqarita Simonyanı, etnik erməni Rusiya Federasiyasının (əhəmiyyətinə görə ikinci dövlət vəzifəsində) Xarici İşlər Nazirliyinə Sergey Lavrov (Kələntərov) rəhbərlik etməsi tamamilə hiddətləndirmir.

   Onda sual verilir ki, bəs istənilən səbəbə görə millətlərarası və dinlərarası nifaq və nifrət toxumu səpən insan əsas təbliğatçısı necə ola bilər? Rusiya rəhbərliyi görəsən,  Marqarita Simonyanın təxribat xarakterli fikirləri ilə həm çoxmillətli Rusiyanın daxili vəziyyətini, həm də qonşuları ilə münasibətlərini mürəkkəbləşdirdiyini başa düşürmü? Maraqlıdır, nə üçün Marqarita Simonyan  yalnız rusları Gürcüstana getməməyə çağırır?  Əgər gürcülər - belə "yaxşı deyillər" – onda "qədim və mədəni ermənilərə"də ora getmək lazım deyil, çünki "vəhşilərlə” ünsiyyətdə olmaq  "öz mədəni səviyyənə zərər vurmaq” deməkdir. Amma yox. Ermənilər Gürcüstana milyonlarla gedirlər. Bütün erməni tranziti Gürcüstandan keçməsinə baxmayaraq, M.Simonyan heç də öz həmvətənlərini Gürcüstana getməkdən və tranzit ilə Gürcüstandan mal daşımaqdan imtina etməyə çağırmır. Çünki, ermənilərin fikrincə,

Gürcüstanda rus turistlərin sayı nə qədər az olsalar, ermənilər üçün bir o qədər sərfəlidir. Yəni, Gürcüstanda iqtisadi problemlər kəskinləşdikcə, ermənilər turizm biznesi ilə məşğul olan gürcülərin acınacaqlı vəziyyətindən öz maraqları üçün istifadə edə bilərlər. Gürcüstanda ruslar nə qədər az olsalar, ermənilər özlərini "vəziyyətin sahibi"kimi hiss edirlər. Ermənilər Gürcüstan torpağına və Gürcüstan əmlakına, o cümlədən kurort yerlərinə sahib olmağa çalışırlar. Belə bir vəziyyətdə Rusiya vətəndaşları, son zamanlar onlar üçün "rəqibə" cevriliblər. Bütün bunları nəzərə alaraq, erməni təxribatçıları və təbliğatçıları ruslarla gürcülər arasında qəsdən düşmənçilik yaratmaqda davam edirlər. Bu isə Gürcüstanı zəiflətməyə və orada ermənilərin "hakim"olmasına xidmət edir.

 

A.Məmmədli,

"Yeni Sözcü”qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti