İsrailə silahlı dron göndərildi – Netanyahu İranı “terrorun himayədarı” adlandırdı

Hurriyyet.org xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu iki gün bundan əvvəl İordaniya ilə sərhəddə İsrail hərbçiləri tərəfindən zərərsizləşdirilmiş dronun İranın İraq, yaxud da Suriya ərazisindən göndərdiyi silahlı PUA olduğunu bildirib.
Netanyahu deyib: “İran iki gün bundan əvvəl İraq, yaxud da Suriya ərazisindən İsrailə silahlı dron göndərib. Raket əleyhinə sistemlər onu aşkar edərək İordaniya ilə sərhəddə yaxalayıblar. Yaxın Şərqdə terrorun əsl himayədarı İrandır”.
Netanyahu bu açıqlamanı Almaniyanın Xarici İşlər nazisi Hayko Maas ilə görüşdə verib.


Oxşar Xəbərlər

Xəbər lenti