Sabiq səfir: “Misir və Türkiyə küsülü qaldıqca, İrana qarşı ümumi cəbhə mümkün deyil” –Təhlil

Sabiq səfir: “Misir və Türkiyə küsülü qaldıqca, İrana qarşı ümumi cəbhə mümkün deyil” –Təhlil

 

Sünnilər müsəlman dünyasının 85 faizini təşkil edir, şiələr azlıqdadır – 15%. Bununla belə, İran üstünlüyə malikdir, çünki o, ali şiə-dini və siyasi hakimiyyətini ehtiva edir.

 
Sünni aləmindəsə hər imam fərdi fətvalarını verə bilər və onlara riayət etməyə dair heç bir ümumi öhdəlik yoxdur. Hətta öz uzun tarixi və böyük nüfuzu ilə Əl-Əzhər Universiteti bu fətvalara riayət edilməsini tətbiq edə bilmir. Məsələn, sünni ölkələrinin Ramazan ayının başlanğıcı barədə razılığı mümkün deyil.

Səudiyyə Ərəbistanı və Qətər istisna olmaqla, sünni dövlətlərində dünyəvi təsisatlar, konstitusiya, seçkilər, parlament və hakimiyyətlə bölgüsü olsa da, şəriət – qanunvericiliyinin əsas mənbəyi olaraq qalır.

Şiə və sünni ekstremizmi Yaxın Şərqi toqquşsa da, dini həmrəyliyin, üstəlik ümumi siyasətin yoxluğu sünni ölkələrinin İran təhdidinə qarşı müqavimətə maneə törədir.

Xomeynidən başlayaraq, Tehran güclü və aqressiv ordu qurub və gündəmi diktə edir: "Böyük Şeytan”a – ABŞ-a və onun müttəfiqlərinə hücumdan əvvəl ilk addım kimi sünni dövlətlərinə öz İslam İnqilabının ixracı.

Birbaşa müdaxilələrini minimuma endirmək üçün o, diqqəti bu təşkilatlara yönəldir: mahiyyətcə terrorçu "Hizbullah”, "Ənsarullah” (husilər kimi tanınan Yəmən şiələri), "Bədr” hərəkatı, Əfqanıstan və İraqda veteranlardan ibarət "könüllülər”.

Onların hamısı rəsmi Tehran tərəfindən təlim, təchiz və maliyyələşdirilir və Həsən Nəsrullah açıq bir neçə ay əvvəl bunu açıq şəkildə təsdiqləyib. Onların hərəkətverici qüvvəsi İraq və Suriyada adamlarına əyani təlim verən, "əl-Qüds” İnqilab Keşikçiləri briqadasının rəhbəri general Qasim Süleymanidir.

Yəməndə tamamilə İran tərəfindən maliyyələşdirilən husi üsyanı Səudiyyə Ərəbistanına təhdidləri artırmaq və Qırmızı dənizə çıxışa nəzarət etmək məqsədi güdür.

2008-ci ildə "Hizbullah” özəklərinin Süveyş kanalında təxribat törətmək və Misirdə sabitliyi pozmaq cəhdlərinin qarşısı alındı və terrorçular həbs edildi. Bundan sonra İran rəsmi Qahirə ilə münasibətdə ehtiyatla yaxınlaşmaya çalışır.

Türkiyə gəldikdə, ayətullahlar ehtiyatlı hərəkət edir və bir növ, dialoqu davam edirlər. Rəcəb Tayyib Ərdoğanın fikrincə, ona hücum etməyə cəsarətləri çatmaz. Əslində isə Tehran münasib zamanı gözləyir və regionda sünni rejimlərinin süqutu ilə Türkiyəni təcrid vəziyyətinə qoyacağına əmindir.

Sünni ölkələrin İrana qarşı İŞİD-dən yararlanmaq cəhdi uğursuz oldu. Kürdlər İŞİD-ə qarşı mübarizənin ön planında olsa da, Türkiyə öz sərhədində kürd muxtariyyətinin yaradılmaması naminə onlarla mübarizədə daha maraqlıdır. Buna görə də, Ankara Suriyada İranın müdaxiləsinə barmaqarası baxır. Kürdlərin qarşısını alacaq deyə, o, uzun müddət İŞİD-lə mübarizə aparmadı. Amma indi "İslam Dövləti”nin Türkiyə üçün də təhlükə olduğunu anlayır.

ABŞ-ın dəstəyindən məhrum olan Misir, Əsədə dəstək üçün de-fakto İranla müttəfiq olan Rusiyadan kömək umur.

Məhəmməd Mursinin və "Müsəlman Qardaşları”nın devrilməsindən sonra Misir və Türkiyə küsülüdür.

Səudiyyə Ərəbistanı İran təhlükəsinin yükünü çiyinlərində təklikdə daşıyır, çünki coğrafi yaxınlıqdan başqa, o, müqəddəs şəhərlərindən xidmətçisi kimi sünni dünyasında əhəmiyyətə malikdir.

Suriya üsyançıları Misir və Türkiyə arasında açıq dialoqa nail olmaq istəyir, bu iki dövlət küsülü qaldıqca İrana qarşı ümumi cəbhə mümkün deyil.

Elə də uzaq olmayan keçmişdə Misir və Səudiyyə Ərəbistanı Körfəz dövlətləri, İordaniya və hətta Mərakeş də daxil olmaqla, vahid cəbhə təşkil edirdi. İsrail pərdə arxasında böyük ümidlərlə onlara kömək edirdi.

Bu gün sünni dünyası ümidsiz şəkildə bölünüb. Bəlkə də Amerikanın yeni administrasiyası oyunu dəyişəcək. Bəlkə, Qərbə qarşı artan təhlükənin meydana gətirdiyi vəziyyəti o görə biləcək.

Zvi Mazel,

 İsrailin Rumıniya, Misir və İsveçdəki sabiq səfiri, 

"Jerusalem post”

 



Oxşar Xəbərlər

Xəbər lenti