8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
İraq hərbçiləri Kərkük şəhərinə yürüşə hazırlaşır
Kerem Alkin
Sabah (Türkiyə), 18.10.2017
2013-cü ilin başlanğıcında neft qiymətinin bir barrel üçün 120 dollar səviyyəsi Rusiya və Fars körfəzi ölkələri üçün həm iqtisadi, həm də siyasi qüvvə demək idi. Lakin dünya iqtisadiyyatının durumu ilə artan narahatlıq və qara qızıla tələblə təklif arasındakı disbalans fonunda neft 2015-ci ilə doğru 57 dollardan aşağı düşüb. Bu mərhələdə ABŞ-ın sırf ixracatçı qismində kürəsəl energetika oyununa daxil edilməsi və ABŞ, Rusiya və Fars körfəzi ölkələri arasında energetika savaşının kəskinləşməsilə 2015-ci il mayın 15-də 67 dollar nişanında qeydə alınmış neft 2016-cı il yanvarın 15-də 29 dollara qədər ciddi tənəzzül yaşayıb. Neft qiymətinin kürəsəl iqtisadi çevrələri sarsıdan bu 90 dollarlıq çöküşü Avrasiya siyasətinə nisbətdə etirazları yox etmək, əks-fəaliyyət və rəqabəti aradan qaldırmaq istəyən Obama administrasiyası ilə Fars körfəzi ölkələri və Rusiya arasındakı gərginliyi önəmli şəkildə yüksəltdi. Neft qiymətlərini 30 dollardan aşağı uçurdan Obama administrasiyasının strategiyası Amerikanın energetika şirkətlərini müflisləşmə həddinə çatdırarkən ABŞ öz siyasətinə düzəliş etdi və 2016-cı ildə neftin qiyməti əvvəlcə 40, sonra isə 50 dolları aşdı.
Bu gün isə şimali İraqda müstəqillik haqda qanunsuz referendum və İraq kürd muxtar bölgəsinin Türkiyə, İran və İraq mərkəzi hökuməti tərəfindən təcridi strategiyası ilə xam neftin bir barrelinin qiyməti yenidən 60 dollara doğru gedir. İraq kürd bölgə administrasiyası (İKBA) və başçısı Bərzani əyləşdiyi budağı doğrayıb. Axı İKBA-nın referendumla bağlı gərginliyə qədər başqa ölkələrə hər gün tədarük etdiyi 565 barrel ixracat son dərəcə önəmli idi və Qətərin gündəlik ixracatı ilə müqayisə oluna bilirdi. Və təəccüblənməyin ki, bunun 135 min barreli İsrailə, 125 mini İtaliyaya, 85 mini Yunanıstana, 60 mini Xorvatiyaya, 55 mini İspaniyaya gedirdi. Aydındır ki, Türkiyə ventili bağlasa, heç kim vəcdə gəlməyəcək. İraq mərkəzi hökumətinin neft naziri əl-Laibi artıq indidən İKBA üzərindən Türkiyəyə gedən borudan yan keçən digər neft borusunun bərpasına başlamaq niyyəti haqda bildirib. Artıq hətta Kərkük-Ceyhan marşrutu üzrə "Şimal neft şirkəti”nin köməyi ilə bərpa olunacaq boru kəməri vasitəsilə gündə 400 barrel tədarükün təmini üçün işlər başlanıb.
Bölgədə işləyən DNO ASA, Genel Energy və Gulf Keystone-la yanaşı bölgəyə maraq göstərən Rusiyadan "Qazprom neft” və "Rosneft”, Chevron kimi şirkətlərin, həmçinin neftə ehtiyacı olan Aralıq dənizi ölkələrinin, Avropann neft emalı zavodlarının taleyi Türkiyənin əlindədir. Həmçinin Türkiyənin bundan sonrakı siyasət və strategiyası dünyada neftin qiymətlərini müəyyən edəcək