Xankəndidə keçirilən hərbi parad

2023-cü ilin 19-20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli antiterror tədbirləri nəticəsində Qarabağda mövcud olmuş separatçı silahlı dəstələr tərksilah edildi, qondarma rejim ləğv olundu. Bununla da Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Bu əməliyyat dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yaddaşlara həkk olunub.

Möhtərəm Prezident cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il 18 sentyabrdan başlayaraq, hər il 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunacaq. Bu tarix işğalçılığın bitdiyi və şəhidlərimizin qanının yerdə qalmadığının rəmzidir. Prezident  Ali Baş Komandan Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində  üçrəngli bayrağımızı ucaltmaqla Azərbaycan dövlətinin ərazi bütövlüyünü dünyaya nümayiş etdirdi. Bu tarixin təsis edilməsi 30 illik işğal dövrünün bitməsinə, minlərlə şəhidimizin qanı və canı bahasına qazanılmış ədalətli zəfərin xatirəsinə hörmətin ifadəsidir.

      Prezident cənab İlham Əliyevin qətiyyətli, uzaqgörən, məqsədyönlü siyasəti, ordumuzdakı ruh yüksəkliyi, torpaqlarımızın bir qarışını belə düşmənə verməyəcək əzmdə olması, igid oğullarımızın daim irəli getməsi Vətən müharibəsində düşmən üzərində qəti qələbəmizi şərtləndirən amillər oldu. 

      8 noyabr 2023-cü ildə Xankəndi şəhərində keçirilən Zəfər Paradı, Azərbaycanın Qarabağda əldə etdiyi qələbənin üçüncü  ildönümünə həsr olundu. Xankəndidə keçirilən ilk hərbi parad idi və Azərbaycanın ərazi bütövlüyünün bərpasının simvolu oldu. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak edərək, bu tarixi anı xalqımızla birlikdə yaşadılar. 

     Bu parad, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin və xalqımızın qələbə əzminin təntənəsi idi. Xankəndidə keçirilən bu möhtəşəm tədbir, həm də Azərbaycanın gücünü və əzmini dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbələrə həsr olunan bu təntənəli paradlar xalqımızın əzminin, gücünün, yenilməzliyinin şah zirvəsi kimi tariximizə silinməz izlərlə həkk olundu.

      Bizlər, Azərbaycan vətəndaşları olaraq, uzun illərin həsrətindən sonra Qarabağ torpaqlarında üçrəngli bayrağımızın ucaldılmasını böyük sevinc və minnətdarlıq hissi ilə qarşılayır, bu möhtəşəm qələbə üçün Möhtərəm Prezident cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Vətənin bütövlüyü uğrunda canlarını fəda edən Şəhid oğullarımızı rəhmətlə yad edir, qazilərimizə Allahdan şəfa diləyirik. 


Seymur Rəsulov

Hövsan bələdiyyə sədri 

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti