8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Hər bir ölkənin inkişafı enerji təhlükəsizliyi ilə əhəmiyyətli dərəcədə bağlıdır. İnkişaf yolunda özü üçün aydın hədəflər seçmiş Azərbaycan bütün sahələrdə olduğu kimi bu istiqamətdə də fəaliyyətini ən yüksək səviyyədə davam etdirir. Aparılan məqsədyönlü və ardıcıl işin nəticəsi onu deməyə əsas verir ki, bu gün Azərbaycan öz enerji ehtiyacını öz ehtiyatları hesabına qarşılayan bir dövlətə çevrilmişdir. Lakin ölkəmiz enerji sahəsindəki hədəflərini bununla məhdudlaşdırmır. Neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edən dövlət kimi tanınması Azərbaycanı dünya səviyyəsində əhəmiyyətli layihələrin tərəfinə çevirir. Bərpaolunan enerji ilə bağlı yüksək potensialın mövcudluğu da diqqət mərkəzində saxlanılmaqla yaxın gələcəyə planlaşdırılan fəaliyyətlər üçün zəmin təşkil edir. İxrac sahəsinin genişləndirilməsi baxımından böyük uğurlar vəd edən bu istiqamətin inkişaf etdirilməsi üçün davamlı işin aparılması ölkə başçısının beynəlxalq görüşlərdə iştirak etməsi və ölkəmizin potensialının reallaşdırılrması baxımından ciddi əhəmiyyət kəsb edən addımlar atması ilə müşaiyət olunur.
Vacib ikitərəfli əməkdaşlıq əlaqələrinin formalaşdırılması və inkişafı fonunda Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin strateji önəm daşıyan münasibətləri diqqətə layiqdir. Yanvarın 16-da Abu-Dabidə Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edəncənab Prezident İlham Əliyevin dünyanın dayanıqlı inkişafınının sürətləndirilməsini hədəfləyən beynəlxalq platformadakı çıxışı bu münasibətlərin irəliləməsi ilə yanaşı ölkəmizin potensialının səmərəli istifadəsinin də daha yüksək səviyyəyə çatması üçün töhfəsini verəcəkdir. Azərbaycanın bu günə qədər enerji təhlükəsizliyi sahəsində apardığı işlərin, uğurla həyata keçirilmiş layihələrin etibarlı tərəfdaş statusu formalaşdırdığnın bir daha diqqətə çatdırılması beynəlxalq ictimaiyyətin diqqətini vətənimizə yönəldərək gələcək üçün daha genişmiqyaslı fəaliyyətlərin gerçəkləşməsinə imkan yaradır.
Cənub Qaz Dəhlizi meqa enerji layihəsi kimi önəmli bir layihənin icrası çərçivəsində Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş 3500 kilometr uzunluğunda boru kəmərləri sisteminin qurulması ölkəmizin bu sahədəki əzmini və bacarığını nümayiş etdirən nümunələrdən biridir. Təbii qaz ixracının da ildən ilə artması onu göstərir ki, Azərbaycan enerji ixracı sahəsində getdikcə daha çox söz sahibi olmağa istiqamətlənmişdir. Bu il təbii qaz ixracının artaraq 24 milyard kubmetrə çatması mövcud vəziyyətlə bağlı təsəvvür formalaşdırmaqla yanaşı gələcək ehtimalları da müəyyənləşdirir. Gələcək dövr üçün ümidverici göstəricilərdən danışarkən bərpaolunan enerji hesab edilən külək və günəş enerjisi imkanlarını xatırlamamaq olmaz.Ölkəmizdə quruda 27 qiqavatlıq külək və günəş enerjisi imkanları mövcuddur. Bundan başqa 2020-ci ildə işğaldan azad olunmuş ərazilərimizin də bu mənada böyük potensiala malik olduğuna diqqət yetirmək lazımdır. Belə ki, həmin ərazilərdə 10 qiqavatlıq külək enerjisi imkanıvardır. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları da bu baxımdan önəmli rəqəmləri əks etdirir. Bütün bunları nəzərə alaraq ixrac marşrutlarının yaradılması və inkişaf etdirilməsi Azərbaycan üçün imkanların reallaşdırılması məqsədilə görüləcək işlərin əhəmiyyətli hissəsini təşkil edir. Bu istiqamətdə fəaliyyətlərin gerçəkləşdirilməsi üçün bir çox layihələrlə bağlı məsələlər artıq müzakirə olunmuş, önəmli nəticələr əldə edilmişdir. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair layihənin icrası barədə əldə olunan razılaşmaların miqyasının genişləndirilməsi nəticəsində gələcəkdə Azərbaycanın yaşıl enerjinin mühüm ixracatçısına çevrilməsi gözlənilənlər arasındadır. Azərbaycanın neft və qaz sahəsində böyük investisiyalar cəlb etməsi bərpaolunan enerji sektorunda da uğurlu fəaliyyətlərin gerçəkləşəcəyinə inam yaradır. Səadət MəmmədovaSuraxanı rayonu 282 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info