Azərbaycanın diplomatik qələbəsi

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib. BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında rəsmi İrəvan xasiyyətinə, xislətinə sadiqliyini nümayiş etdirərək iştirakçılara saxta məlumat verməklə Avropa İttifaqını və BMT Təhlükəsizlik Şurasını oyuncaq quruma çevirmək planı bu dəfə də uğursuzluqla nəticələndi.
Ermənistan nümayəndələrinin ölkəmizə qarşı səsləndirdiyi həqiqətdən kənar, qərəzli fikirləri iclas iştirakçıları tərəfindən yalnış məlumat kimi yadda qaldı. Azərbaycana qarşı gülünc ittihamlarla dolu qarayaxma kampaniyası çərçivəsində çıxış edən Ermənistan nümayəndəsi ölkəmizi humanitar fəlakət yaratmaqda və bunun fonunda Xankəndidə guya ərzaq böhranına görə ölüm hallarının qeydə alınması kimi həqiqətə uyğun olmayan məlumatları ermənisayağı şəkildə xüsusi bir yazıqlıqla vurğuladı . Hər kəsə məlumdur ki, Ermənistanın nümayəndəsinin çıxışı tam böhtan və yalan üzərində qurulmuşdu. Belə ki, humanitar fəlakət təkcə Xankəndidə yaşayan ermənilər üçün xarakterik deyil, Ermənistanın bütün yaşayış yerlərində mövcuddur.
Ermənistanın əməlləri əvvəlcədən planlaşdırılmış siyasi ikiüzlülükdən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün bir neçə ay davam edən kampaniyanın bir hissəsidir. 
BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatını əsassız və sübutu olmayan iddialarını heç bir dövlət dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir.
Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir.
Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxlamaqla bizim böyük qələbəmizi şərtləndirdi.
Abdulla Məmmədov

Zığ bələdiyyəsinin sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti