ABŞ CƏNUBİ QAFQAZI SEÇİM QARŞISINDA QOYUB:“Azərbaycan amerikalılar üçün bölgədə ən “çətin” respublikadır" – TƏHLİL

ABŞ CƏNUBİ QAFQAZI SEÇİM QARŞISINDA QOYUB:“Azərbaycan amerikalılar üçün bölgədə ən “çətin” respublikadır" – TƏHLİL

 

İrina Corbenadze

rosbalt.ru, 30.10.2018

 

Con Boltonun Ermənistan, Azərbaycan və Gürcüstana səfəri çox icbari xarakter daşıyırdı və onlara əlavə təhlükələr yaradıb. Güman etmirəm ki, bölgənin gerçək maraqları – "böyük və güclülər”in dalaşmasından uzaq durmaq – nəzərə alınacaq.

Con Bolton Cənubi Qafqaza (CQ) səfər etməzdən qabaq Moskvada olub. Bu, ayrıca mövzudur və "Rosbalt” bu haqda yazıb. Amma bunun istənilən halda Cənubi Qafqaza dəxli var, çünki, birincisi, Rusiya ora ənənəvi və "hüquq üzrə” təsir etmk iddasındadır, ABŞ isə onu "sıxmaq” və özü bölgəni külli-ixtiyarla yönəltmək istəyir.

İkincisi, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri, çətin ki, Moskva səfərinin nəticəsindən məmnun qalsın və indi Rusiyada "ələ yığa bilmədiklərini” Gürcüstan, Ermənistan və Azərbaycanda müəyyən yönlərdə tarazlaşdırmaq niyyətindədir. Yəni uduzduqlarını Cənubi Qafqaz respublikalarında geri qaytarmaq və onlardan, ən azı, Moskva və Tehrana münasibətdə Vaşinqton üçün arzuolunan fəaliyyətə nail olmağa.

Ümumiyyətlə, söhbət Vaşinqtonun Rusiya və İranla həm coğrafiyaca, həm  də siyasətcə sıx bağlı olan Cənubi Qafqaz dövlətlərində siyasətinin fəallaşmasından gedir. Bu həm RF, həm də İİR-lə həmsərhəd, habelə önəmli karbohidrogen ehtiyatlarına sahib olan Azərbaycana xeyli dərəcədə aiddir. Bolton "Amerikanın səsi”nə müsahibədə təsdiqləyib ki, ABŞ Cənubi Qafqazı özü üçün strateji bölgə sayır və İrana münasibətdə əvvəlkindən fəal sanksiya siyasəti yürütmək niyyətindədir.

Azərbaycan amerikalılar üçün bölgədə ən "çətin” respublikadır: o, Qərbə bircə buna görə rəğbətini qazanmaq üçün boyun əymir ki, o yan-bu yana atılıb-düşmədən özü üçün sərfəli, çoxyönlü siyasət yürütsün. Boltonun Bakıda məhz nəyi müzakirə etdiyi haqda məlumat son dərəcə cüzidir. Buna əsasən, AR prezidenti İlham Əliyevin Boltonla görüşü konstruktiv və "qarşılıqlı anlaşma” şəraitində keçib. Azərbaycan prezidenti administrasiyası təmsilçisi Hikmət Hacıyev məlumat verib: "Səfər Azərbaycan və ABŞ arasında ikitərəfli əlaqələrin sonrakı dərinləşmə və inkişafı üçün əlverişli şərait yaradır”.

Onun sözlərinə görə, tərəflər habelə iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsi və Amerika yatırımçılarının AR bazarlarına daha fəal cəlbi məsələlərini müzakirə ediblər. Əlbəttə, Ermənistan-Azərbaycan münaqişəsinin lap tezliklə tənzimlənməsinin gərəkliyi haqda da danışıblar. Boltonun Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdə sonuncu münaqişə zonasında mövcud status-kvonun qəbuledilməzliyi, Ermənistan silahlı qüvvələrinin Ermənistanın işğal etdiyi ərazilərdən çıxarılması və qaçqınların qayıtması zərurətini vurğulayıb.

Ümumiyyətlə, yeri gəlmişkən, İran problematikasının bir dəfə də səslənmədiyi tamamilə "səlis bir rəsmiyyətçilik”. Bir də Əliyevin Boltonla görüşdə "Azərbaycanın qonşu ölkələrlə işgüzar və dostluq münasibətlərində olduğu, …dövlətlərarası münasibətdə beynəlxalq hüququn yüksək prinsiplərini rəhbər tutduğu” bir daha qeyd etdiyi haqda Hacıyevin qısa məlumatını saymasaq. Bu bildirirmi ki, Bakı İranın, bununla birgə Rusiyanın "qabağını almaq”da iştirakdan kənar durur, bu zaman beynəlxalq terrorzimlə mübarizə və Qərblə qarşılqılı energetik fəaliyyətə razılıq göstərir? Çox ehtimal ki, bəli: güman etmirəm ki, Azərbaycan antiiran və antirusiya fəaliyyəti üçün əməliyyat meydanı olmağa razılaşar. ABŞ-ın hərbi-siyasi "aclığı” nəzərə alınsa, bütünlükdə bölgəsəl təhlükəsizliyi kökündən sarsıdacaq və son nəticədə Bakının özünə qarşı dönəcək.

Boltonun faktiki hakimiyyətsizlik şəraitində səfər etdiyi Ermənistan başqa məsələdir: baş nazir və hökumət göz aldatmaq üçün istefa verib, ölkə erkən parlament seçkilərinin astanasındadır. Onun yarımblokada şəraitini xeyli yüngülləşdirən və sıx iqtisadi münasibətləri olduğu İranla həmsərhəd respublikanı hazırda açıq antirusiya gücləri yönəldir, var gücüylə özünü Moskvaya bu cür göstərməməyə səy edir. Rusiyada, xüsusən də ABŞ-da buna az-az adam aldana bilər. Buna görə də Ermənistanda "düzgün” təbliğat üçün Boltonun geniş meydanı var idi. Ehtimal ki, Ermənistan rəsmiləri Trampın köməkçisiylə görüşdə Qarabağ tənzimlənməsini özləri üçün az itkiylə və Amerikanın maliyyə yardımına dair məsələləri irəli sürməyə çalışıblar. Amma fakt üzrə yetərincə gözlənilməz nitqlər eşidiblər: Trampın köməkçisi Amerika silahlarını Rusiyanınkından xeyli yaxşı kimi açıqca reklam edib və eyham vurub ki, ABŞ Ermənistan və Azərbaycana silah satışını yasaqlayan 907-ci düzəlişi ləğv edə bilər. Bolton bildirib: "Hələlik indiki anda qərar qəbul edilməyib və gələcəkdə hər iki tərəfə silah satışı məsələsində bunun necə olacağını öncədən deyə bilmərəm… Durum belədir ki, Ermənistan silahı əsasən və Azərbaycan da 80% Rusiyadan  alır. Əlbəttə, bu şərait münaqişənin tənzimlənməsinə aparmır, çünki Rusiyaya böyük nüfuz verir”. Və Ermənistanda Qərbyönlü Nikol Paşinyanı hakimiyyətə gətirmiş "məxməri inqilab”dan sonra Rusiya ilə münasibətlərdə Ermənistan baş nazirinin inadla boynuna almaq istəmədiyi çatlar meydana çıxdığı nəzərə alınsa, bunu olduqca "vaxtında” edib.

Amma Bolton Ermənistanın Rusiyadan "qaçırılmasıyla” bağlı durumdan çox ustalıqla istifadə edib. O, müsahibələrin birində hər şeylə yanaşı bildirib ki, "söhbət ya Rusiya, ya da Amerika hərbi texnikasının alqısından gedirsə, onda biz sonuncuya üstünlük veririk. Buna görə də belə bir imkanı nəzərdən keçirmək istəyirik. Düşünürəm ki, bu, bir böyük dövlətdən asılılıq şəraitində Ermənistanın imkanlarını artırır. …  Hazırda Ermənistanın dünya arenasına çıxa biləcəyi planda nikbin olmağın tam vaxtıdır”.

Qarabağ münaqişəsinə gəlincə, "Çözüm çətindir. Asan olsaydı, tənzimlənmə artıq çoxdan əldə edilərdi. Mən Amerika siyasətinin dəyişilməsi və yaxud yeni qərarlarla gəlməmişəm. Tərəflərin özləri bir-birilə işləməklə bunu tapmalıdır”.

Ermənistanın "Lragir” nəşri amerikalının birbaşa çıxışını belə şərh edib: ABŞ Qarabağ "gerçəkliklərini” qəbul edir, amma "Qarabağla bağlı məcburiyyətin Ermənistanın Rusiyadan asılılığını artıracağı … respublikada Rusiyayönlü dairələrin mövqeyini gücləndirəcəyi” fikrinə tərəfdardır. Lakin "ABŞ bu səfərlə Ermənistana yol açır və ən mühüm tarixi stereotiplərdən birini – yəni "ermənilərin gizlənəcəkləri yer yoxdur” – silir. Aydındır – Rusiyadan. Və "indi növbə Ermənistana münasibətdə siyasəti bu stereotip və vahimələr üzərində qurulmuş Moskvanındır”.

Lakin Ermənistan bir vahimədən – Rusiyanınkından… ki, olduqca şübhəlidir – qurtulub, ABŞ-dan qaynaqlanan başqa vahimənin caynaqlarına keçəcək. Buna görə də Vaşinqton nə qədər keflə yaşasa da, İrəvan üçün barmağını da dəbərtməyəcək. Deməli, sonuncu İran və Rusiya ilə münasibətlərdə amerikalılarıın "xoş söz”ünə görə bədəl ödəməli olacaq. Axı Bolton İran sərhədinin Ermənistan-Amerika münasibətlərində "mühüm məsələ” olaraq qaldığını bildirərək əlini havada elə-belə əsdirmirdi, çünki Vaşinqton Tehrana "ən  yüksək basqı” göstərmək istəyir. Birincisi, Ermənistan İranla azad ticarət zonası yaradan Avrasiya İqtisadi Birliyinin üzvü olmaqla bu məsələdə ABŞ-a dəstəyi necə təsəvvür edir. Bir də ümumiyyətlə respublikanın özünün İranla iki AİZ-i (azad iqtisadi zona-red.) var.

Və İrəvan Rusiya ilə eyni hərbi blokda durmaqla təhlükəsizlik və digər önəmli sahələrdə müttəfiq kimi onlarla müqaviləsi varkən "Rusiyanın qabağını almaq”da ABŞ-a yardımı necə təsəvvür edir? Yenə də KTMT-yə üzvlük amili, Rusiya və Amerika silahlarının uyuşmazlığı və Ermənistan büdcəsinin kasıblığı nəzərə alınmaqla ortamüddətli perspektivdə ABŞ-dan silah almaq da olduqca nağılvari tamaşa kimi görünür. Nədir, ABŞ Ermənistanı öz hesabına, yoxsa Rusiya kimi güzəştli kreditlər və rəmzi qiymətlərə silahlandıracaq?

Və ümumiyyətlə, gözləntinin, yaxud amerikalıların Cənubi Qafqaz dövlətlərini antirusiya və antiiran sanksiyalarına və "təsirin əvəzlənməsi”nə məcbur etmək sualının dəyəri hansıdır? Bu nömrə keçsə – güman etmirəm ki, bu, Azərbaycanla bağlı halda mümkündür – onda ABŞ bunu tezliklə Mərkəzi Asiyada da təkrarlamağa səy edəcək.

Paşinyan bildirib: "Düşünürəm ki, Ermənistan və ABŞ arasındakı münasibətləri yeni səviyyəyə qaldırmaq imkanı var və biz bu imkandan faydalanmağa hazırıq”. Dəqiqləşdirmək gərəkdirmi ki, söhbət faktiki olaraq başqa imkandan gedir – yetərincə qərarsız durumda olan Cənubi Qafqazda yanğın salmaq və onu küncə qısnamaq.

Bəs Gürcüstan? Əlbəttə, Tiflisin Amerika-Rusiya və İran-Amerika münaqişəsində xırda pula çevrilməyə heç bir həvəsi yoxdur: könüllü şəkildə zindanla çəkic arasında özünə yer seçməyəcək. Və burada çox şey Vaşinqtonun diqqətini təhlükəsizlik sahəsində NATO xətti üzrə əməkdaşlığın, Əfqanıstanda sülhməramlı missiyanın gücləndirilməsi və ölkədə nə Rusiya, nə də İran təsirinin olacağını and-amanla inandırmağa yönəldən gürcü diplomatiyasının iş bacarığından asılı olacaq. Lakin onun üçün mümkün qədər RF və İranla "normal münasibətlər” həyati zərurətdir. Hər halda Rusiya hərbi bazalarının yamandığı Abxaziya və Cənubi Osetiya ilə sərhədlərdə atəş açılmır. Rusiya və Gürcüstan,  Gürcüstan-İran arasında mal dövriyyəsi çoxalır. Energetiklər əməkdaşlıq edirlər, logistika işləyir. Gürcüstanın indiki hökumətinin bütün bunları dəyişilməz halda saxlaması gərəkdir.

Lakin məsələnin nəticəsi Boltonun Gürcüstana nə dərəcədə güclü basqı etdiyindən asılıdır: onun gəlişi prezident seçkilərinə təsadüf edib, özü də seçkiqabağı kampaniya rəqabət aparan güclərin görünməmiş informasiya savaşı fonunda keçib. Bu gün seçkiləri udan yoxdur: səsvermənin ikinci turu olacaq. Daxili siyasi və vətəndaş sarsıntıları istisna olunmur. Belə ki, ABŞ öz niyyətinə nail olmaqda bunda da oyun oynaya bilər. Oynayacaqmı – seçkilərdən sonra tezliklə məlum olacaq. Hələlik isə Tiflisdə Boltona ABŞ-la strateji əməkdaşlığı genişləndirmək arzusunu təsdiqləyiblər. О, XİN, DİN, MN başçıları, baş nazirlə görüşüb. Trampın köməkçisi məlumatlandırıb ki, ABŞ iqtisadi sahələr və yatırım fəallığında Gürcüstanla əməkdaşlığı genişləndirmək imkanları görür. Onun məlumatına görə, Gürcüstan ABŞ üçün "yüksək strateji maraqlar ölkəsidir”. O, habelə inandırıb ki, Gürcüstanın NATO-ya daxil olması üzrə Vaşinqtonun mövqeyi dəyişilməz qalır və ölkəsi "bunun üçün yalnız uyğun zamanı gözləyir”.

Əlamətdardır ki, Tiflisdə "İran problematkası”ndan səliqəli şəkildə yan keçiblər. Gürcüstan XİN-in rəsmi məlumatından da ancaq bu aydın idi ki, tərəflər bölgəsəl təhlükəsizlik və təhlükə məsələlərini müzakirə ediblər. Bunların kimdən qaynaqlandığı rəsmən göstərilməyib. Ümumiyyətlə, ağıllı anlar, axmağa gərək deyil. Amma aydındir ki, indi Gürcüstan və Cənubi Qafqazın bütün dövlətləri qarşısında iki dilemma durur – İran və Rusiya. Və bölgənin gerçək maraqları – "böyük və güclülər”in davasından uzaq durmaq – çətin ki nəzərə alınsın. Əks halda Boltonun Qafqaza getmək üçün səbəbi yox idi.

Tərcümə Strateq.az-ındır.  



Oxşar Xəbərlər

Xəbər lenti