BOLTON İNDİ DƏ CƏNUBİ QAFQAZA SARI ADDIMLAYIR… –ABŞ prezidentinin müşaviri Dağlıq Qarabağla bağlı nə təklif gətirəcək? - TƏHLİL

BOLTON İNDİ DƏ CƏNUBİ QAFQAZA SARI ADDIMLAYIR… –ABŞ prezidentinin müşaviri Dağlıq Qarabağla bağlı nə təklif gətirəcək? - TƏHLİL

 

Stanislav TARASOV

"Regnum.ru”, 14.10.2018

 

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton xəbər verib ki, oktyabrın 20-də Rusiya-Azərbaycan-Ermənistan-Gürcüstan marşrutu üzrə işgüzar səfər etmək niyyətindədir.

"Reuters” onun sözlərinə isnadən dəqiqləşdirir ki, Bolton bu ölkələrdə "təhlükəsizliklə bağlı Amerikanın bir sıra maraqlarını yeritmək üçün həmkarları və başqa yüksəkməqamlı məmurlarla görüşməyi” planlaşdırır.

"Amerikanın səsi” daha bir neçə ayrıntını gətirir: Bolton Moskvada Rusiya Təhlükəsizlik şurası katibi Nikolay Patruşevlə görüşəcək, Rusiya XİN başçısı Sergey Lavrov tərəfindən qəbul edilə bilər.

Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Helsinki sammitini hazırlamaq üçün Amerika prezidenti köməkçisinin əvvəllər Moskvaya uçduğu nəzərə alınarsa, ehtimal etmək olar ki, o, bu dəfə də onların növbəti görüşünün süjetini hazırlayacaq. Xüsusən də Bolton və Patruşev avqustda Cenevrədə görüşdüklərinə görə.

"Bu səfərin səbəbi, – Bolton deyib, – Tramp və Putinin yayda Helsinkidə başladıqları dialoqu davam etdirmək, ABŞ və Rusiya arasındakı münasibətləri və harada irəliləyişə nail ola biləcəyimizi, daha harada problem və fikir ayrılıqlarımızın olduğunu müzakirə etməkdir”.

Vladimir Putin və Con Bolton

 

Lakin ABŞ prezidenti köməkçisi indi, onun sözlərinə görə, "çox əsaslı coğrafi rol oynayan, İran, Rusiya, Türkiyə ilə iş görən və buna görə seçilən Cənubi Qafqaza yollanacaq”.

Bolton Bakı, İrəvan və Tiflisə səfər edəndən sonra Moskvaya uçsaydı, durum özgə cür görünərdi. Amma bu ölkələrdə Moskva danışıqlarından sonra olacaq və görünür, bu gedişatda Qafqazın müəyyən, amma Yaxın Şərqdəki duruma bağlı adını çəkmədiyi problemləri müzakirə olunacaq.

Güman olunur ki, diqqət mərkəzində İran və ola bilsin, Suriya olacaq. Amma ABŞ bu istiqamətlərdə müəyyən özəlliyi olan işlərlə uğraşır. Rusiya, İran və Türkiyə Suriya tənzimləməsində əsas zaminlər kimi çıxış edir. Bundan savayı, indi bu üç ölkə müxtəlif səbəblərdən Amerika sanksiyalarının fərqli basqısı altındadır ki, bu da bir çox yönlərdə onların mövqelərini yaxınlaşdırır. Lakin Boltonun bölgəyə səfəri zamanı müzakirələrin ən önəmli mövzularından biri İran məsələsi olacaqsa, Azərbaycan və Ermənistan – hətta Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq – yenə də neytral mövqe tutacaq və Tehranla yaxşı qonşuluq münasibətlərinin saxlanmasına üstünlük verəcək. Həm də Bakı Baltikyanı ölkələri və İran üzərindən Hindistan arasında əlaqə yaratmağa nəzərdə tutulmuş "Şimal-Cənub” layihəsini həyata keçirməyə çalışır. Gürcüstan başqa məsələdir.

Bununla bağlı Türkiyənin "Yeni Çağ” nəşrinin yazdığına görə, "ABŞ İranla müharibə şəraitində onu öz coğrafiyasının dərinliyi imkanından  məhrum etmək üçün Gürcüstanın NATO ilə alyansından yararlanaraq öz döyüş gəmilərini Qara dənizə daxil etməyə əlləşir”.

Bu nəşrin fikrincə, Ankara bu ana doğru "McKinsey” (Nyu-Yorkda Türkiyə rəhbərliyinin iqtisadiyyatın bərpasında proqram tərtibi xahiş etdiyi konslatinq şirkəti) vasitəsilə ABŞ-a tamamilə tabe etdiriləcəyindən Vaşinqton bu durumda, 2003-də İraqın Amerika işğalından öncə olduğu kimi, – ki Boltonun da bunda birbaşa əli var idi – 63 min hərbçini yerləşdirmək üçün Şərqi Anadoluda öz bazalarını yaratmağa səy göstərəcək və Samsun və Trabzon limanlarını onun sərəncamına verməyi tələb edəcək.

Hadisələrin bu cür gedişi Cənubi Qafqazda da durumu prinsipialcasına dəyişdirə bilər. Amerikanın bir çox ekspertlərinin fikrincə, "ABŞ Vaşinqtona marağın itməsi üzündən orada öz nüfuzunu itirməyə başlayıb”. Düzdür, burada müəyyən çalar var idi. Elə həmin ekspertlər bir vaxtlar Cənubi Qafqazın xarici siyasət elitasına öz layihələri və ideyaları ilə Amerikanın siyasi bazarına girməyi təklif ediblər. Lakin Bakı özünün kürəsəl energetika layihələrini gerçəkləşdirərək, özünü, az qala, Avropanın energetik təhlükəsizliynə zamin kimi bəyan edərək bunu əvvəllər də edib, indi də belə edir. Bəs nəticəsi nədir? Ola bilsin, Bolton da İrəvanı KTMT-dən dərhal və sürətlə qoparmağa nail olımağın mümkünsüzlüyün anlayaraq, Azərbaycana Dağlıq Qarabağ münaqişəsiylə bağlı hansısa yeni ideyalar təklif edəcək.

Hələlik isə Cənubi Qafqaza bu məqsədlə uçur ki, Cənubi Qafqaz dövlətlərinin sonrakı siyasi kursu haqda aydın təsəvvür əldə etsin, habelə İran məsələsi üzrə onların ayrıntılı mövqeyini dinləsin. Ola bilsin, bu haqda tezliklə daha ətraflı bilərik.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti