Piyada can verir: təcili yardım gecikir, vətəndaşlar deyib-gülür... - “Məni yox e, onu çək” - VİDEO

Piyada can verir: təcili yardım gecikir, vətəndaşlar deyib-gülür... - “Məni yox e, onu çək” - VİDEO

 

Bu gün səhər saatlarında Dərnəgül yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Koroğlu” metrostansiyası istiqamətində hərəkət edən 99-XL-927 "Ford” markalı yük avtomobili yolun hərəkət hissəsindən keçən piyadanı vurub. Əraziyə dərhal yol polisi və təcili yardım çağırılıb. Hadisə şahidlərinin əməkdaşımıza bildirdiyinə görə, təcili yardım isə çağırılandan xeyli gec gəlib.

Bu arada hadisəni kənardan izləyən vətəndaşlar zarafatlarından da qalmayıblar. Təcili yardımın hadisə yerinə gecikdiyini deyən şəxsi çəkmək istəyən əməkdaşımıza "məni yox e, onu çək” deyərək dişlərini ağardan şəxsin görüntülərini təqdim edirik. ("Ölkə.Az”)




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}