8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cəlilabad rayon sakini Məmmədov Səbuhi Sakit oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məkltubu daxil olub. Şikayətçi bildirir ki, qanunsuz yerə həbs olunmamaq üçün ölkədən çıxmaq məcburiyyətində qalıb:
“Mən, Məmmədov Səbuhi Sakit oğlu, yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.
2013-cü ilin may ayında Cəlilabad Rayon Gigiyena Epidemologiya Mərkəzində işləməyə başlamışam. İşlədiyim müddətdə 3 dəfə direktorumuz dəyişdi. Axırıncı, yəni 3-cü direktor rüşvətxor, saxtakar, öz gəliri üçün çalışan İlham Əliyev adlı şəxs idi.
Bir gün direktorumuz məni otağına çağırıb dedi ki, sənin maaşını qaldırıram, amma işə gəlməyəcəksən. Əmək haqqım artdığına görə qəbul etdim. Artan pulun 100 manatını mənə verəcəyini, qalanını da özünə götürəcəyini bildirdi.
8 aydan sonra məni yenidən çağırtdırıb bildirdi ki, öz xoşunla ərizəni yaz işdən çıx, yoxsa səni maddə ilə işdən uzaqlaşdıracam. Səbəbini soruşdum. Mənə dedi ki, səbəbi, mən istəyirəm deyə çıxırsan. Ona ərizə yazmayacağımı bildirdim.
Bir necə gündən sonra məni 70 C maddəsi ilə işdən çıxardı. Qəbuluna getdim, dedi ki, susmasan, səni həbs etdirəcəm, hətta lazım gələrsə həbsxanada da öldürtdürəcəm.
Bu hədə-qorxu ilə bağlı DTX-ya, Baş Prokurorluğa və Səhiyyə nazirinə məktubla müraciət etdim, lakin cavab gəlmədi. Bu zaman anladım ki, həqiqətən də bu adamın arxasında yüksək vəzifəli şəxslər durur.
İlham həkim təkcə mənim başıma bu oyunu açmayıb, işçilərin əksəriyyətinin haqqını yeyib, onları haqsız yerə işdən çıxarıb. Onu da başa düşdüm ki, ölkədən çıxmasam, məni həqiqətən də şərləyib, həbs etdirəcək.
Ölkədə bu qədər özbaşınalığa son qoyan qurum yoxdur. "Heç kim mənə gözün üstə qaşın var deyə bilməz” prinsipi ilə yaşayır. Bəs, İlham həkim kimə və nəyə güvənərək bu sözləri deyir? Özbaşınalıq pik həddə çatıb. Ürəyi istədiyi vaxt camaatı işdən çıxarır, istədiyini işə qəbul edir.
Onu da qeyd edim ki, İlham Əliyev baş həkim işləyəndə korrupsiya və rüşvətxorluq əməllərinə görə vəzifəsindən uzaqlaşdırılmışdı. Bunu rayonda kiçikdən-böyüyə hər kəs bilir. Hər kəs onu çox yaxşı tanıyır. Bir müddət işsiz qaldıqdan sonra GEM-ə direktor təyin edildi. Rüşvətxorluğu və korrupsiya əməlləri ilə bütün rayonda dillər əzbəri olan birinin gətirildiyi vəzifəyə bir baxın. Yəqin qanunsuz əməllərini daha yaxşı icra etsin deyə, bu işə gətirilib”.
Məsələ ilə bağlı Gigiyena Epidemologiya Mərkəzi ilə əlaqə saxlamağa çalışçaq da, zənglərimiz cavabsız qaldı.
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.