Dünən, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Sakaryanın ən köklü sənaye müəssisələrindən biri olan 73 illik Adapazarı Şəkər Zavodu bağlanır.
Sozcu.info "Haberler.com"a istinadən xəbər verir ki, Murat Ülkerin sahibi olduğu "Yıldız Holding"in kvota satışından sonra bağlanma prosesinə girən zavodda 500-ə yaxın işçi işsiz qalmaq riski ilə üzləşib.
Məlumata görə, "Bor Şeker" şirkətinin "Yıldız Holding"dən şəkər kvotasını satın alması ilə zavodun bağlanma müddəti başlayıb. Rəqabət Qurumunun müvafiq qərarı təsdiqləməsindən sonra müəssisənin tamamilə fəaliyyətsiz qalacağı bildirilir.
Bu qərarın ən ağır zərbəni məşğulluq sahəsinə vuracağı gözlənilir. 500 nəfərlik işçi qüvvəsi ilə yanaşı, zavod ətrafında formalaşan kənd təsərrüfatı, nəqliyyat və yan sənaye sahələrinin də bu prosesdən mənfi təsirlənəcəyi qaçılmazdır.
İllik təxminən 600 min ton çuğundur emal edən müəssisə region üçün strateji əhəmiyyət kəsb edirdi. Yeni plana əsasən, regionda istehsal olunan çuğundur artıq Niğdedə yerləşən "Bor Şeker" müəssisələrində emal ediləcək.
Hadisə ilə bağlı "Şeker-İş" Həmkarlar İttifaqının Adapazarı filialı sərt bəyanat yayıb.
Bəyanatda fabrikin bağlanmasının həm iqtisadi, həm də sosial fəsadlar doğuracağı vurğulanıb.
Həmkarlar ittifaqı rəsmiləri istehsalın davam etdirilməsi və iş yerlərinin qorunması üçün aidiyyatı qurumları hərəkətə keçməyə çağırıb.
Musavat.com