26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Sabah Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 360 saylı yarımstansiyadan Transformator Məntəqəsinədək iməclik işləri aparılacaq.
Sozcu.info xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Hövsan qəsəbəsi Bağlar yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Təmir işləri yekunlaşdıqdan sonra yaşayış ərazisi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.