23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür.

Əlamətdar tarixi günlərdən, kitabsevərlərin ən sevincli günlərindən biri  23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu əlamətdar tarixi gün həm mütaliənin təbliği, həm də yazıçıların əməyinə hörmət məqsədilə hər il beynəlxalq səviyyədə qeyd edilir. 1995-ci ildə UNESCO tərəfindən təsis edilən bu özəl günün həm tarixi, həm də rəmzi mənası çox əhəmiyyətlidir. Bu tarix dünya ədəbiyyatının məşhur simaları olan Uilyam Şekspir, Migel de Servantes və İnka Qarsilaso de la Veqanın vəfat günüdür. Bu səbəbdən həmin gün dünya yazarlarının xatirəsini anmaq və kitabların cəmiyyətdə rolunu vurğulamaq üçün önəmli tarix hesab olunur. Azərbaycanda Beynəlxalq Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd olunur.

  Kitablar keçmişlə gələcək arasında körpü, fərqli mədəniyyətlər arasında dialoq vasitəsidir. Bəşəriyyətin min illər boyu topladığı təcrübəni, xəyalları və bilikləri gələcək nəsillərə ötürən ən etibarlı vasitədir. Texnologiyanın sürətlə inkişaf etdiyi, informasiyanın bir kliklə əldə olunduğu dövrümüzdə bəzən "kitablar unudulurmu?" sualı yaranır. Lakin təcrübə göstərir ki, elektron kitablar və audiokitablar kağız kitabların yerini tutmaqdan ziyadə, oxu imkanlarımızı genişləndirir. Kitab istər kağız üzərində, istərdə də ekranda olsun insanın təfəkkürünü dərinləşdirən, ona tənqidi təfəkkür qazandıran ən güclü amildir.

  Bu özəl günü sadəcə təqvimdə bir tarix kimi deyil, bir vərdişin başlanğıcı kimi görməliyik. Məktəblərdə və kitabxanalarda keçirdiyimiz "Oxu saatları", kitab hədiyyə etmək aksiyaları və gənc oxucuların müəlliflərlə görüşü cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsinə birbaşa təsir edir.

  Şagirdlərin mütaliə bacarıq, bilik və vərdişlərinin formalaşdırılması prosesində təlim-tərbiyə haqqında hökümət sənədləri, pedaqogika klassiklərinin, müasir görkəmli pedaqoq və psixoloqların təlim-tərbiyə haqqında fikirləri həmçinin sinifdənxaric mütaliə təlimin keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi problemi ilə alim-metodistlərin elmi əsər, fikir və mülahizləri əsas götürülməlidir.

  Kitab bu mürəkkəb və çətin problemin həllinə kömək etmək məqsədi daşıyır. Məqsəd sinifdən və məktəbdənxaric mütaliənin əhəmiyyətini və məzmununu təhlil etmək; mütaliənin pedaqoji əsasları, metod və üsulları ilə məktəb kollektivini silahlandırmaq; özünü təhsilin həyata keçirilməsi işlərinə nəzər yetirmək olmuşdur.

  Təcrübə göstərir ki, mütaliə prosesində şagirdlər əldə etdikləri bilik, bacarıq və vərdişləri həyatda, zehni və fiziki əmək prosesində tətbiq etmək bacarığı, yəni təlim və təhsili məhsuldar əməklə birləşdirmək bacarığı da əldə edirlər.

  Tanınmış rus pedaqoqu Nadejda Krupskaya mütaliənin məsuldar əməklə uyğunlaşdırılmasını yüksək qiymətləndirərək deyirdi: " Kitablardan biz bilik əldə edirik, başqa adamların təcrübəsini öyrənirik, əgər biz bu bilikləri öz təcrübəmiz əsasında yoxlasaq, bu fikirləri xeyli yaxşı mənimsəyərik".

  Hər bir kitabxanaçı öz işində daha çox şagirdin mütaliəyə cəlb olunmasına nail olmağa çalışmalıdır. İlk növbədə, şagirdlərin yaş xüsusiyyətlərini nəzərə almaqla onların oxu maraqlarını öyrənib mütaliəsini istiqamətləndiririk.  Bunun üçün əyani və şifahi təbliğat formalarından istifadə edirik. Əyani təbliğat daha geniş oxucu kütləsini sistemli şəkildə əhatə edə bilir və onların mütaliəsinə müsbət təsir göstərir. Əyani təbliğat formalarna kitab sərgiləri aiddir. Oxucuları şair və yazıçıların həyat və fəaliyyəti ilə tanış etməkꓹ məktəbli oxucuları onların əsərlərini mütaliə etməyə yönəltmək üçün maraqlı mövzu sərgiləri təsis etmək xüsusi ilə önəmlidir.

  Kitab oxumaq bir insan üçün özünü kəşf etmək yoludur. Unutmayaq ki, yaxşı bir kitab həm də yaxşı bir dostdur. Bu əlamətdar tarixi gün bizə həm mütaliənin sonsuz dünyasını, həm də o dünyanı yaradan insanların - müəlliflərin əməyini xatırladır. 

Nigar Hacıyeva, 

135 saylı tam orta məktəbin kitabxana müdiri 




Oxşar Xəbərlər

Xəbər lenti