Kiyevdə biznesmenin arvadını oğurlayan azərbaycanlı yaxalandı

 

Kiyevdə biznesmenin həyat yoldaşını oğurlamaqda təqsirli bilinən üç nəfərdən ibarət cinayətkar dəstə məhkəmə qarşısına çıxacaq. Virtualaz.org xəbər verir ki, bu barədə Kiyev Prokurorluğu məlumat yayıb.

Mənbə bildirir ki, keçən ilin oktyabrında pul müqabilində biznesmeninin arvadının oğurluğunu təşkil edən cinayətkar qruplaşmanın üç iştirakçısı barəsində məhkəməyə qədərki araşdırma başa çatıb.

Təhqiqat zamanı məlum olub ki, adam oğurluğunu ilə bağlı planı paytaxtın üç sakini hazırlayıb və reallaşdırıb. Bunlar 30 yaşlı Azərbaycan vətəndaşı, 34 yaşlı Luqansk və 21 yaşlı Xmelnitskiy sakinidir. Onlar sahibkardan həyat yoldaşının azad olması qarşılığında 150 min ABŞ dolları tələb ediblər.

Cinayətkar dəstənin iki iştirakçısı hüquq-mühafizə əməkdaşları tərəfindən Kiyevdə pulu qəbul edərkən saxlanılıblar. Onların digər cinayət ortaqları isə Donetsk vilayətinin Kramatorsk şəhərində tutulub.

Onlar Ukrayna Cinayət Məcəlləsinin insan oğurluğu və cinayətkar dəstə təşkil etmə maddələri ilə ittiham olunurlar.

Hazırda cinayətlə bağlı istintaq başa çatıb və materiallar tanış olma üçün şübhəlilərə və onların müdafiəçilərinə verilib.

G. Əliyeva



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}