Səudiyyə şahzadəsi 2 ton narkotiklə tutuldu

Səudiyyə şahzadəsi 2 ton narkotiklə tutulduLivanın təhlükəsizlik qüvvələri Səudiyyə şahzadəsi Əbdül Möhsün bin Valid bon Əbdül Əzizi bu gün Beyrut aeroportunda saxlayıblar.
Qərb mətbuatı xəbər verir ki, “əl-Mayadin” telekanalı baxış zamanı şahzadənin yükünün arasında böyük miqdarda narkotik çıxması haqda məlumat yayıb.

İlkin məlumata görə, narkotikin çəkisi 2 ton olub. Yük 40 qutuya qablaşdırılıbmış. Narkotikin (onun nə olduğu açıqlanmır) hamısı müsadirə olunub. Şahzadə Beyrutdan vətəninə şəxsi təyyarəsində uçarkən saxlanılıb.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}