BQP-dən tələb:”Xərçəng xəstələri müalicə xərclərindən azad olunmalıdır”

BQP-dən tələb:”Xərçəng xəstələri müalicə xərclərindən azad olunmalıdır”

 

Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafanın sədrliyi ilə partiyanın Siyasi Qurulunun iclası keçirilib.

İclasda həftə ərzində qəbul edilən qərarların icrası haqqında məlumat dinlənilib, partiyadaxili, eləcə də ölkə və dünya gündəmində yer alan mühüm məsələlər müzakirə edilib.

BQP-dən Strateq.az-a verilən məlumata görə, iclasda partiyanın rayon və şəhər təşkilatlarında vaxtı çatmış ümumi yığıncaqların keçirilməsinə dair məlumat dinlənilib və bəzi yerli təşkilatlarda iclasların keçirilməsində yubadılma halları tənqid edilərək müvafiq göstərişlər verilib.

Siyasi Qurulda millət vəkili Fazil Mustafanın parlamentin ötən gün keçirilən iclasında vətəndaşlar tərəfindən ona edilən müraciətlər əsasında şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaradılması, kredit, ya da vergi borcuna görə şəxsiyyət vəsiqəsinin vaxtının uzadılmasına etiraz edilməsi məsələsini parlamentarilərin diqqətinə çatdırması dəstəklənib və vətəndaşlara qarşı buna bənzər qanunsuzluqların bir daha təkrarlanmayacağına inam ifadə olunub.

İclasda xərçəng xəstəliyindən əziyyət çəkən insanların müalicə xərclərindən azad edilməsi ilə bağlı Türkiyə təcrübəsinin ölkədə tədbiqinin əhəmiyyətinə diqqət çəkilib:"Qardaş ölkədə bir neçə gün bundan əvvəl bədxassəli şişlərdən əziyyət çəkən xəstələrin dövlət xəstəxanaları tərəfindən məsrəflərinin qarşılanmasının bundan sonra özəl müalicə müəssisələrinə də şamil edilməsi ilə bağlı qərarın qəbul edilməsi olduqca təqdirəlayiqdir. Azərbaycanda da belə bir qərarın qəbul edilməsi amansız xəstəlikdən əziyyət çəkən xəstələrin pulsuz dərman preparatları ilə təmin edilməsi və müalicə xərclərinin qarşılanması baxımından ədalətli olmaqla bərabər, ailələri ağır məsrəflərdən, əksər hallarda isə ödəyə bilmədikləri yük və çarəsiz durumdan azad edərdi”.

Siyasi Qurulun icıasında Orta Şərqdəki, İraq və Suriyadakı Türkmən faciəsinə diqqət çəkilib. Qeyd edilib ki,Orta Şərqdə baş verən proseslər nəticəsində, İraq və Suriyada Türkmənlərin düşdüyü vəziyyət narahatlıq doğurur: "İraqda digər etnik qrupların, xüsusilə kürdlərin hesabına regionun demoqrafik quruluşunu dəyişdirməyə açıq-aşkar cəhdlər edilir. Özlərini Azərbaycan Türklərinin bir hissəsi olaraq görən və Azərbaycandan yardım istəmələrində tamamilə haqlı olan İraq və Suriya Türkmənlərinin faciəsinə laqeyd qalınmamalı, ölkənin siyasi partiyaları, qeyri-hökumət və ictimai təşkilatları köməyə möhtac olan soydaşlarımızın çağırışlarına səs verərək, ehtiyac duyulan maddi və mənəvi dəstəkdən onları məhrum etməməlidirlər”.

Sonda cari məsələlər müzakirə edilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}