Dünən, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Şabran rayonunda göldən meyit tapılıb.
Sozcu.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, iyunun 25-i saat 15 radələrində rayonun Hacıqaraqaşlı kəndinin ərazisindəki göldə kişi meyiti tapılıb.
Ölən şəxsin Çölquşçu kənd sakini 1974-cü il təvəllüdlü Kamil Mirzəyev olması müəyyən edilib.
Hadisədən əvvəl onun ailəsi polisə müraciət edərək K.Mirzəyevin itkin düşməsi barədə məlumat verib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.