Dünən, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı ikinci turniri bu gün baş tutacaq.
Sizcə.info xəbər verir ki, yarış Milli Gimnastika Arenasında təşkil olunacaq. Turnirin ilkin döyüşləri saat 17:00-da, əsas qarşılaşmaları isə saat 20:00-da start götürəcək.
"UFC Fight Night Baku"nun əsas görüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə üz-üzə gələcək.
Digər azərbaycanlı idmançılardan Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev isə braziliyalı Cefferson Nasimento ilə qarşılaşacaq.
"UFC Fight Night Baku"nun döyüş cədvəli
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) - Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Daniil Donçenko (Ukrayna) - Teodor Berggen (İsveç)
Kaan Ofli (Avstraliya) - Xavyer Reyes (Kolumbiya)
Nursulton Ruziboev (Özbəkistan) - Andrey Pulyaev (Rusiya)
Abdul Rahman Yahyaev (Türkiye) - Culius Uolker (ABŞ)
Fərman Həsənov (Azərbaycan) - Erik Nolan (ABŞ)
Əsas döyüşlər
Abus Maqomedov (Almaniya) - Mixal Olekseyçuk (Polşa)
İkram Aliskerov (Rusiya) - Brunno Ferreyra (Braziliya)
Asu Almabayev (Qazaxıstan) - Çarlz Conson (ABŞ)
Nazim Sadıxov (Azərbaycan) - Mateus Kamilo (Braziliya)
Şarabutdin Maqomedov (Rusiya) - Mişel Pereyra (Braziliya)
Rafael Fiziyev (Azərbaycan) - Manuel Torres (Meksika)
Qeyd edək ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ildə keçirilib.