Bakı yenidən üzünü Qərbə çevirir

Siyasi məhbusların azad olunması bunun bir işarəsidir

Təxminən iki aya əvvələ kimi Azərbaycanın Rusiya və İrana yaxınlışması, Qərb və Türkiyədən üz döndərməsi haqqında iddialar vardı. Ancaq prezident İlham Əliyevin Türkiyəyə nəzərdə tutulmayan səfər etməsi, Ankarada önəmli bəyanatlar verməsi Azərbaycanın Rusiyaya yaxınlaşdığını iddia edənlərin yalanını üzə çıxardı. Bunun ardınca prezident İlham Əliyev daha bir heyrətlindirici addım ataraq Qərbin siyasi məhbus hesab etdiyi məhbusların arasından bir neçəsini azad etdi. Prezidentin əhv sərəncamı iə azadlığıa çıxan siaysi məhbuslar arasında Rəsul Cəfərovun və Anar Məmmədlinin olması da hakimiyyətin Qərbin həssasiyətini anladığını göstərirdi. Prezident İlham Əliyevin əhv sərəncamının yaratdığı rezonas bitməmiş Baş prokuror Zakir Qaralovun Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev barəsində Ali Məhkəmənin Plenumuna verdiyi protest əsasında keçirilən məhkəmə prosesində daha bir siaysi məhbus azadlğıa çıxdı. Mayın 28-də saat 12-də başlayan məhkəmə prosesində Zakir Qaralovun protestini Baş prokurorun müavini Namiq Əsgərovun müdafiə etməsi də ciddi diqqət yetirilməli məqamlardandır. İndi isə belə xəbərlər yayılır ki, may ayında daha bir neçə siyasi məhbus azadlığa çıxa bilər. Eyni zamanda bir sıra hüquqi addımlarla bəzi siaysi məhbusların da azadlığıa çıxma ehtimalı var. Bütün bunlar rəsmi Bakının Qərblə anlaşmağa çalışdığını göstərir. Belə qəanət yaranır ki, rəsmi Bakı Rusiya və İranla yaxşı münasibətlərə görə Qərblə münasibətlərinə kölgə salmaq istəmir. Xüsusilə də dünyada təhlükəsizlikə bağlı narahatlqıların artdığı, iqtisadi böhran yaşandığı bir zamanda Qərblə münasibətlər Bakı üçün çox önəmlidir. Həm də bir və ya iki il əvvəl olduğundan daha çox əhhəmiyyət kəsb etməyə baslayıb. Məsələn, indi Azərbaycanda bir sıra yeni layihələri həyata keçirmək, icrada olan layihələri isə tamamlamaq üçün böyük miqdarda kapital qoyuluşuna ehtiyac var. Həmin kapitalı isə anacaq Qərbdə tapmaq olar. Çin və ya ərəb ölkələrinə bel baxlamaq mümkün deyil. Birincisi, Çinin özündə ciddi iqtisadi problemlər yaşanır və rəsmi Pekin xarici ölkələrə sərmayə qoymağa böyük maraq göstərmir. Digər tərəfdən Rusiya və İran təcrübəsi də göstərir ki Çin ondan asılı olanalara krdeiti çox ağır şərtlərlə verir. Ərəb ölkələrinin özü hazırda böyük problemlərlə üzləşiblər və Azərbaycanın ehtiyaclarını qarşılamaq gücündə deyillər. Buna görə də Azərbaycan üzləşdiyi iqtisadi problemlərdən qurtulmaq üçün Qərblə əməkdaşlığa məhkumdur. Əks halda bu problemdən qurtula bilməyəcək. Buna görə də rəsmi Bakının Qərbin həsas yanaşdığı məsələlərə diqqətlə yanaşması anlaşılan olduğu kimi, təqdirə də layiqdir. Çünki, siaysət problemlərin çözümü sənətədir. Əgər, Azərbaycanın Qərblə əməkdaşlığından ölkəmiz qazanacaqsa, buna əngəl olan məsələləri aradan qaldırmaq üçün lazımi addımlar atılmalıdır.

Hakimiyyətin bu addımları ölkə içərisndə razılıqla qarşılanır. Həm də bu razılıq həbsdən çıxanların yaxınları, dostları və tərəfdarları ilə bitmir. Xalqın geniş təbəqələrində hakimiyyətin bu addımı iqtidar-müxalifət münasibətlərinin normalaşması kimi qəbul edilir. Hətta belə şaiyələr yayılmağa başlayıb ki, prezident İlham Əliyev müxalifətin bəzi üzvülərinin hökumətdə təmsil olunmasına da müsbət baxır. Bu həm də iqtisadi islahatların gücləndirilməsi baxımından məqsədə uyğun hesab oluna bilər. İstənilən halda ölkənin yeni proseslər ərəfəsində olduğunu görmək olar. Belə görünürü ki, neftin ucuzlamasının yeni siaysi proseslərə səbəb olacağı haqqında iddialar əsssız deyilmiş.

Belə görünür ki, prezident İlham Əliyev islahatları yuxarıdan başlatmaqla prosesləri nəzarətdə saxlamaq niyyətindədir. Əslində, bu ölkənin maraqlarına tam uyğundur. Çünki, dünyada və regionda baş verənlər Azərbaycanda proseslərin inqilabi yolla deyil, islahatlar yolu getməsinin zəruriliyini hər gün daha da artıq önə çəkir. Ölkə isə həmin dəyişikliklərə doğru hökmən getməlidir. Çox yaxşı olar ki, bu proses sabitlik şəraitində baş versin. Əks halda bu proses xeyirdən çox zərər vura bilər.

 

Yeni Sözçü



Oxşar Xəbərlər

Xəbər lenti