8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Ərgün Dilər
"Takvim”, Türkiyə, 16 avqust 2019-cu il
Bu barədə dəfələrlə yazdım. Eyni nöqtədən irəliləməyə davam edərək dünyanın zirvəsində – damında olanları anlamağa çalışaq. Burada gərginlik pik həddinə çatıb. İndi isə buradakı mövcud duruma baxaq.
Tarixin ən böyük çınqıllı yoluna girdik. Bu yolda Rotşild ailəsi, Pentaqon, ABŞ prezidentləri, nazirləri, bir çox general və iş adamları qəza edəcək. Bunu bilmək üçün kahin olmağa ehtiyac da yoxdur.
Cefri Epşteyn öldürüldü, onun bildikləri indi kimin əlindədir?
Jislen Maksvell bu önəmli sənədləri ələ keçirdi, ardınca Rotşild ailəsinin xüsusi təyyarəsilə Nyu Cersidəki "Newark Liberty” Beynəlxalq hava limanından Parisə uçdu. Jislen Maksvellin bu sənədləri Rotşild ailəsinə təslim etməsi artıq təəccüblü bir durum deyil. Kimsə də buna təəccüblənməz.
2014-cü ildə Jislen Maksvell və Cefri Epşteyn Xarici Əlaqələr Şurasının (ing. Council on Foreign Relations – tərc.) Nyu Yorkdakı toplantısına qatıldı. Cefri Epşteyn orada Devid Rokfeller, Devid Petreus, Cim Mattis, Con Bolton, Kolin Pauell və Bill Kilintona xitab etdi. Cim Mattis və Con Boltonu təhdid etdi. O çıxış tarixi bir çıxış idi. Çünki bu, ABŞ-da gedən mübarizənin, toqquşmanın artıq bundan sonra gizli qalmayacağının elanı idi.
Cefri Epşteyn Cim Mattis və Con Boltona Pentaqonda vəzifə tutan çox önəmli müşavir və generalların haqqında gizli qeydlərin olduğunu onların anlayacağı şəkildə söylədi. Mattis buna inanmadı, Bolton isə inandı. Bu səbəblə Mattis vəzifəsindən uzaqlaşdırıldı, Bolton isə bütün axmaqlıqlarına rəğmən, hələ də öz vəzifəsində qalır.
İndi Rotşild ailəsi Jislen Maksvellin gətirdiyi sənədlərin başqa bir surətinin olmadığına tam əmin olarsa, Pentaqonun okeanda bir salın üzərində xilas olmağı gözləyən çarəsizdən fərqi qalmaz.
Jislen Maksvell 2014-cü ildə Epşteynin əlində olan bu "xəzinə”nin bir neçə trilyon dollar qiymətində olacağını söyləmişdi.
Bu sənədləri "Mossad” da istəyirdi. Lakin "Mossad” məqsədinə çata bilmədi.
İndi Pentaqonun hədəfində olan şəxs, daha doğrusu, hədəfində olanlardan biri Epşteynin həbsindən sonra istefa verən ABŞ Əmək naziri Aleksandr Akostadır. Çünki 2008-ci ildə Mayami Baş prokuroruykən Cefri Epşteyni həbsdən çıxarmaq üçün bazarlıq etməsinin ortaya çıxması səbəbilə istefa verən Akostanın əlində sənədlərin olması bir həqiqətdir.
ABŞ dərin siyasətini bilənlər artq bu toqquşmanın sülh yolu ilə həll edilməyəcəyindən əmindirlər. Çünki tərəflər savaş durumuna keçdilər. Savaş durumunda da dialoq olmaz. Pentaqon çox önəmli şəxslərinin kiçik yaşlı qızlarla əlaqəsinin olmasının ortaya çıxması ilə birlikdə heç bir qərar verə bilməyəcəyini anlayır.
Amerika "dərin dövlət”i ilə qarşı-qarşıya gələn güc hazırda ABŞ Prezidenti Donald Trampı önə çıxarıb. Tramp, bu gücün adamı olmasına rəğmən, Pentaqonun bitirilməsinə qarşıdır. O, Pentaqonun idarəedilən qurum olmasını istəyir. Bu səbəblə atılan addımlar Pentaqonun nəzarət edilə bilən hala gətirilməsi üçündür.
"Dərin Amerika”nın cavab axtardığı suallardan biri də Jislen Maksvellin Epşteyni xəstəxanaya köçürmək üçün Pentaqondakı hansı "köstəbəklər”iylə görüşməsidir. Çünki Jislen Maksvellin Epşteyni xəstəxanaya köçürmək üçün Ədliyyə Nazirliyilə təmasa keçməsi bir nəticə verməmişdi. Epşteyn xəstəxanaya Pentaqonun izniylə köçürülmüşdü. Bu izni verənlərin kiçik qızlarla əlaqəsinin olduğu və bu qərarı yaşadıqları panika səbəbiylə verdikləri doğrudur.
Epşteyn ya həbsdən çıxacaqdı, ya da öldürüləcəkdi. İkinci ehtimal gerçəkləşdi. O, dünyanın ən dəyərli adamı idi, yaşaması böyük risk idi və öldürüldü. Ancaq onun öldürülməsi hər kəsi rahatlamadı.
İndi Paris artıq böyük oyunçu olub. Çünki Rotşild ailəsi Fransada nə qədər nüfuzlu olsa da, "dərin dövlət”lə bazarlıq etməyə məcburdur. Və Jislen Maksvell Parisdə Fransa Kəşfiyyat Xidmətinin (DGSE) mühafizəsi altında olan villada yaşayır. Əlbəttə, o villanın sahibi Rotşild ailəsidir, lakin mühafizə DGSE-dədir. Yəni, məcburi ortaqlıq vardır…
Epşteyndəki 9000 görüntünü alan Jislen Maksvellin özünü qorumaq məqsədilə bunların surətini çıxarması ehtimalı da böyükdür. Yəni, hazırda dünyanı idarə edənlərin deyil, ona yön verənlərin bir-birinə güvənmədiyi ortadadır. Bu gizli qeydlərin çoxaldılması mövcud balansı tamamilə bitirə bilər. Çünki o andan etibarən bu gizli qeydlər sosial mediada havada uçuşmağa başlayar.
Fransanın Rotşild ailəsilə çox önəmli maraq anlaşmaları əldə edəcəyi reallığını da unutmamaq lazımdır.
Arxa planda qaldığı düşünülən İngiltərənin Jislen Maksvellin əlindəki gizli qeydlərə çıxış əldə etmə ehtimalını, hətta çıxış əldə edə biləcəyi variantını da gözardı etməmək lazımdır. Çünki önəmli bir İngiltərə vətəndaşı olan Jislen Maksvellin Londona yaxın olduğu məlumdur. Bu, sirr deyil.
Hazırda İngiltərə, İsrail, Fransa, Almaniya, Rusiya və əlbəttə, ABŞ kəşfiyyat qurumları Jislen Maksvellin əlində olduğuna inanılan sənədlərin izinə düşüb. Çox önəmli sui-qəsdlərə şahid olacağıq.
Sıraladığımız bütün bu oyunçular dünyanın hakimləridir. Onlar Türkiyə üzərində də çox böyük təsirə malik olan və özlərini daima hiss etdirən güclərdir. Rusiya, Səudiyyə Ərəbistanı və Çində də durum fərqli deyil.
Bu gizli qeydləri ələ keçirən yeni "patron” , paylaşanlar isə böyük ortaq olacaq.
Epşteynin içində yer aldığı, nəcib bir üzvü olduğu şəbəkə dünyanın əsas axınıdır. Onun məğlub edilməsi, ortadan qaldırılması həddindən artıq çətindir. Ancaq ox yaydan çıxmışdır. Kimin kimi bitirəcəyini görəcəyik. Ancaq bilməliyik ki, ortalıq çox pis halda qarışacaq. Çünki Epşteyn çox önəmli bir adam idi. Onu kim öldürdüsə, sızıntı olduğunu bilməkdədir. Qeydləri ələ keçirən də, əldən verən də əlindən nə gəlirsə edəcək. İzləyin…
Epşteyn öldürüldüyünə görə hər kəs ölə bilər. Bütün bunlar xaricdə yazılıb pozulmaqdadır. Burada məsələnin üstündən keçirlər. Qəribədir…
İnanc vektorları arasında toqquşma var və bu, hər yerə yayılacaq. Hadisə sadəcə qeydlərlə bağlı da deyil.
Tərcümə Strateq.az-ındır